Ötən mövsümün bombardiri rəsmən "Zirə"də

Ötən mövsümün bombardiri rəsmən "Zirə"də
ÖLKƏ FUTBOLU 13 Avqust 2015 / 18:35 10648
-  A +

"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan Nurlan Novruzov komandanın sıralarına qoşulub.

“Bakı” klubu ilə razılığa əsasən Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla da bilər.

Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa, 6 aydan sonra Nurlan Novruzovla müqavilənin müddətinin artırılması mümkündür.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner