Yenə Pedro, yenə 115-ci dəqiqə (VİDEO)

Yenə Pedro, yenə 115-ci dəqiqə (VİDEO)
VİDEO 12 Avqust 2015 / 14:23 5988
-  A +

Avropa superkubokunda "Sevilya" ilə oyun "Barselona"nın futbolçusu Pedro Rodriqes üçün əlamətdar olub.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu 115-ci dəqiqədə vurduğu qolla "Barselona"ya tarixində 5-ci superkuboku qazandırıb.

Bununla da, Pedro 2009-cu ilin superkubok matçındakı uğurunu təkrarlayıb. Maraqlıdır ki, həmin vaxt "Şaxtyor"la görüşdə də 115-ci dəqiqədə fərqlənən Pedro komandasına superkuboku qazandırmışdı.



Daha çox


Son xəbərlər