“Qəbələ” həbs edilən futbolçu haqda açıqlama yaydı

“Qəbələ” həbs edilən futbolçu haqda açıqlama yaydı
ÖLKƏ FUTBOLU 10 Avqust 2015 / 13:34 14349
-  A +

“Qəbələ” klubu jurnalist Rasim Əliyevin öldürülməsinə görə şübhəli şəxs qismində saxlanılan Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovla bağlı açıqlama yayıb.

Qol.Az-ın xəbərinə görə, klubun rəsmi Facebook səhifəsi vasitəsilə yayılan açıqlama deyilir:

“Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir.

Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb.

Həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi”.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner