"Qəbələ" Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Apollon"la cavab qarşılaşmasında polisin bir neçə azarkeşə xəsarət etməsi ilə bağlı bəyanat yayıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bəyanatda klubun dünənki hadisə də daxil olmaqla - idmanda hər cür zorakılığın əleyhinə olduğu bildirilib.
Bəyanatda deyilir:
"Dünən Azərbaycan futbolu növbəti tarixi günlərindən birini yaşadı. “Qəbələ” Kipr təmsilçisi “Apollon” üzərində layiqli zəfər əldə edərək Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı.
Hələ ötən həftə Kiprdə keçirilmiş görüş uzun müddət mətbuatın gündəmində qalmışdı; təkcə komandamızın çətin səfərdən sərfəli hesabla qayıtması yox, həmçinin kiprli azarkeşlərin qeyri-etik və təxribat xarakterli hərəkətləri əsas müzakirə mövzusu olmuşdu. Bildiyiniz kimi, oyun ərzində meydançaya saysız-hesabsız yad əşyalar atan yerli azarkeşlər Azərbaycan bayrağını təhqir etmişdilər. Yalnız klubumuzun yerində müdaxiləsi nəticəsində üçrəngli bayrağımızı yandırmaqdan çəkinmişdilər, lakin parçalanmış Azərbaycan bayrağı oyun başa çatanadək kiprlilərin açıq təhqirinə məruz qalmışdı. Hətta təzyiq və təhqirlər nəticəsində baş hakim komandamıza ola biləcək hücumların qarşısını almaq üçün oyuna 15 dəqiqə fasilə vermişdi.
Bu hadisələrin fonunda cavab matçının prinsipiallığı daha da kəskin hal almışdı. Kiprlilərin qeyri-etik hərəkətlərinə baxmayaraq, azarkeşlərimiz UEFA-nın əsas tələblərindən olan “Respect” prinsipini qorumağı bacardılar. Matç ərzində heç bir ölkənin atributu təhqir olunmadı və polisin bütün göstərişləri qeyd-şərtsiz yerinə yetirildi. Oyunu izləyən 10 mindən artıq azarkeş öz enerjisini komandamızı dəstəkləməyə sərf edərək prinsipial qarşılaşmanın qələbə ilə başa çatmasında böyük pay sahibi oldu. Təbii ki, belə vacib oyunda qazanılan qələbə azarkeşlərimiz tərəfindən ikiqat sevinc və çılğınlıqla qarşılandı.
Bu çılğınlıq qaydalar çərçivəsini qətiyyən aşmasa da, təəssüflə bildirmək istəyirik ki, sadə insanlar polis təzyiqinə məruz qaldılar. Xüsusən də, fan-klubların toplaşdığı sektorlar ətrafında say çoxluğu təşkil edən polis nəfərləri futbolsevərləri sevimli komandalarını qələbəyə səsləməyə imkan vermir, sakitcə yerlərində oturub futbola tamaşa etməyə məcbur edirdilər. Polis 90 dəqiqə ərzində fəallıq göstərən fanatlara fiziki müdaxilə edərək tribunadan uzaqlaşdırırdı.
Vəzifəsi tribunlarda təhlükəsizliyi təmin etmək olan polis oyunboyu göstərdiyi aqressiyanı final fitindən sonra dəhşətli həddə çatdırdı. Belə ki, hadisəyə dair şəkil və videolarda göründüyü kimi, mənasına izah verə bilmədiyimiz zorakılıqla yeniyetmə azarkeşlərimizi dəyənəklə döyməkdən, hətta tribunanın yuxarı mərtəbəsindən aşağı atmaqdan çəkinmədilər. Bunun nəticəsində bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən zərərçəkmişlərin vəziyyəti hazırda qənaətbəxşdir.
Lakin hadisənin miqyası yalnız bir neçə şəxsin xəsarət alması ilə yekunlaşmır, həmçinin ölkəmizdə idman yarışlarına azarkeş dəstəyinin artmasına ciddi şəkildə zərbə vurur. Ölkəmizdə idmanın inkişafda olduğu bir dövrdə - dünənki hadisə də daxil olmaqla - idmanda hər cür zorakılığın əleyhinə olduğumuzu bəyan edirik. "Qəbələ" İK olaraq tribunaların təhlükə mənbəyi deyil, azarkeşlərin dostluq və istirahət məkanı olmasının tərəfdarıyıq. Azarkeşlərimizi ruhdan düşmədən bundan sonra da komandamıza dəstək olmaq üçün tribunalarda öz yerlərini tutmağa çağırırıq".
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı
"Roma" 3 qolla qalib gəldi
Filipe Luislə müqavilə uzadıldı
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı