"Qəbələ" klubunun prezidenti Tale Heydərov Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"a qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, T.Heydərov komandanın qarşısına qrup mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyulduğunu bildirib:
- İlk öncə oyunla bağlı təssüratlarınızı öyrənək.
- Çox maraqlı və gərgin matç izlədik. İlk dəfədir ki, komandamız tarixində bu mərhələyə qədər irəliləməyi bacardı. Bu, bizim üçün böyük bir uğurdur.
- Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün komandanın cəmi bir mərhələ keçməsi lazımdır.
- Sözün açığı bu mərhələyə qədər irəliləyəcəyimizi gözləmirdik. Çox sevindirici haldır ki, komanda bunu bacardı. Bütün “Qəbələ” heyəti əzmlə çalışdı və bu uğura nail oldu. Uğurun davamının gəlməsini arzulayırıq.
- Komandanız pley-off mərhələsində daha güclü rəqiblə mübarizə aparacaq.
- Düzdür, bundan sonrakı mərhələni keçmək heç də asan olmayacaq. Ancaq məqsədimiz pley-off mərhələsini də keçərək qrupa düşməkdir. Oyunçular da bunun üçün əllərindən gələni edəcəklər.
- Növbəti mərhələdəki oyunlara müəyyən qədər vaxt var. Yeni futbolçunun transferi mümkündürmü?
- Bəli, hazırda bu istiqamətdə danışıqlar gedir. Ola bilsin ki, biz yeni futbolçu aldıq. Həmin futbolçunun hücumameyilli bir oyunçu olacağı gözlənilir. Bununla bağlı məşqçilərlə söhbət etmişik.
- Pley-off mərhələsindəki ev oyununun daha böyük stadionda keçirilməsi nəzərdə tutulubmu?
- Əlbəttə, bu variant var. Müzakirə olunacaq. Bu klubdan asılı olan məsələdir. 8-ci km qəsəbə stadionunda da çox gözəl atmosfer var idi. Azarkeşlər iki oyundur ki, komandamızı dəstəkləməyə gəlir. Yeri gəlmişkən bütün azarkeşlərimizə təşəkkür edirik. Bu komandamız üçün də çox sevindirici haldır ki, azarkeşlərimiz bizi tək qoymurlar. Hər zaman dəstəklərini yanımızda hiss edirik. Biz istənilən arenada oynamağa hazırıq. Bilirik ki, harada olmağından aslı olmayaraq azarkeşlərimiz “Qəbələ”ni dəstəkləyəcəklər.
- Oyunçulara mükafat veriləcəkmi? Məbləğ təxminən nə qədər olacaq?
- Komandaya veriləcək mükafatın məbləği açıqlanmır. Yeri gəlmişkən deyim ki, keçən mərhələdən sonra mətbuatda bir rəqəm yazılmışdı, o çox şişirdilmiş rəqəm idi. Amma futbolçular Avropa Liqasında mərhələ keçdikcə, mütləq mükafatlandırılacaq. Biz bunu onları daha da həvəsləndirmək üçün edirik. Ancaq dəqiq bir rəqəm deyilməyəcək.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması