Bu gün "DÇ-2018"in seçmə mərhələsinin püşkü atılıb.
Qol.Az-ın məlumatına görə, tədbir mundiala ev sahibliyi edəcək Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.
Püşkatmada iştirak edəcək 52 Avropa yığması 9 qrupa bölünüb. Bunların 7-də 6, 2-də 5 komanda olub.
Azərbaycan millisi 6 komandanın olduğu C qrupunda yer alıb. Yığmamız Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.
Mundiala ev sahibliyi edəcək Rusiyadan əlavə Avropa zonasından daha 13 yığma dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Doqquz qrupun qalibləri birbaşa mundialın final mərhələsinə yüksələcəyi təqdirdə, ikincilər "pley-off"da qüvvələrini sınayacaq. Ən pis göstəriciyə malik qrup ikincisi isə mundialda oynamaq hüququnu itirəcək.
Qeyd edək ki, FİFA Cəbəllütariqin müstəqilliyini tanımadığı üçün bu ölkənin yığması püşkatmada iştirak etməyib.
A qrupu: Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq
B qrupu: Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra
C qrupu: Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan, San-Marino
D qrupu: Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan
E qrupu: Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan
F qrupu: İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta
G qrupu: İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn
H qrupu: Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr
I qrupu: Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya
Buffon da istefa verdi
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi