Bakı "İnter"inin futbolçusu Nizami Hacıyev Avropa Liqasının II təsnifat mərhələsinin "Hafnarfyordur"la cavab matçından (2:2) sonra Qol.Az saytına müsahibə verib.
- Çox çətin oyun oldu. Beş dəqiqəyə iki qol buraxacağımızı gözləmirdik. Bununla belə həlledici qolu vurub mərhələni keçdik.
- İlk hissə bitdikdən sonra hesabda irəli idiniz. Vurulan qol komandada arxayınlıq yaratmışdı?
- Bəli arxayınlıq oldu. İkinci hissədə buraxdığımız iki qoldan sonra isə futbolçularda qorxu, həyəcan hissi yarandı.
- İkinci hissənin əvvəlində müdafiədə xeyli boşluqlar yarandı...
- Mən deməzdim ki, əsas səhv müdafiədədir. Əgər komanda qol buraxırsa, səhv hamıdadır. Bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm ki, əlavə vaxtda erkən qolu vurduq. Bu sevindirici haldır.
- Rəqibin azlıqda qalması ilə bağlı nə deyə bilərsən? Səncə, qırmızı vərəqə doğru qərar idi?
- Rəqibin azlıqda qalması bizə kömək oldu. Fikrimcə, qırmızı vərəqə haqlı qərar idi. Həmin epizoda yaxın idim. Rəqib futbolçunun əvvəlcədən sarı vərəqəsi var idi. İkinci xəbərdarlığı olduğu üçün qırmızı vərəqə aldı.
- Komandanız maliyyə cəhətdən əziyyət çəkir. Bu çətinliyə baxmayaraq "İnter" Avropa Liqasının II təsnifat mərhələsini keçməyi bacardı..
- Düzdür, pul insan həyatında çox şeyi həll edir. Həmçinin, idmançının da motivasiyası olmasa, çətin nəticə əldə edər. Bu gün ola bilər ki, biz pulsuz futbol oynayırıq. Ola bilər deyəndə ki, əfsuslar olsun ki, pulsuz oynayırıq. Amma meydançaya çıxıb xalqımızı, özümüzü fikriləşirik. Sağ olsunlar ki, azarkeşlər öz dəstəklərini bizdən əsirgəmədilər. Maaş almadığımızı azarkeşlərə izah edə bilmərik. Onlar istənilən vəziyyətdə bizdən qələbə gözləyir.
- Növbəti mərhələdə İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaqsınız. Rəqib haqda nə deyə bilərsən?
- Bəli, rəqib çox güclüdür. Ümumiyyətlə, Avropa Liqasında zəif rəqib yoxdur. Sadəcə, zəif hazırlıq var. Komanda zəif hazırlaşırsa, nəticə də qazana bilmir. Biz əlimizdən gələni edəcəyik. Bizim üçün fərqi yoxdur, istər “Atletik” olsun, istərsə də “Real". Bu, bizim komanda üçün bir təcrübə olacaq. Hər bir futbolçu özünə hörmət etməlidir. Şəxsən mən özümə hörmət edirəm. Hansı bir futbolçuya hörmət edirəmsə, özümə ondan daha çox hörmət edirəm. Bu səbəbdən çıxıb meydanda canımı qoyacam. Əlimdən gələn hər şeyi edəcəm ki, yaxşı nəticə əldə edək.
Məftun MAHİROĞLU
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi