"Ludoqorets"dən erkən vida (VİDEO)

"Ludoqorets"dən erkən vida (VİDEO)
VİDEO 22 İyul 2015 / 14:33 3732
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsində sürpriz nəticə qeydə alınıb.
Qol.Az-ın məlumatına görə, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayan Bolqarıstanın "Ludoqorets" klubu bu dəfə turnirlə erkən vidalaşıb.

İkinci təsnifat mərhələsinin ilk oyununda evdə Moldova çempionu "Milsami"yə 0:1 hesabı ilə uduzan "Ludoqorets" səfərdə də rəqibi ilə bacarmayıb. Bolqarıstan çempionu cavab matçında hesabı açsa da, sonda iki qol buraxaraq görüşdən məğlub ayrılıb - 1:2.

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasının B qrupunda "Real" (Madrid), "Liverpul" və "Bazel"lə mübarizə aparan "Ludoqorets" 1 qələbə və 1 heç-heçə ilə qrupun sonuncusu olub.

Daha çox


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq