"Zirə"nin yeni transferi komandaya qoşuldu

"Zirə"nin yeni transferi komandaya qoşuldu
XƏBƏR 19 İyul 2015 / 01:21 5362
-  A +

“Zirə”nin Türkiyədəki təlim-məşq toplanışı davam edir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandamız artıq 3 gündür hazırlığın 2-ci mərhələsi üçün Ərzurumdadır. 

Səhər məşqində futbolçular ümumi dözümlülük üzərində çalışıblar. Axşam məşqində isə proqrama güc dözümlülüyü və sürət salınıb. Axşam məşqində həmçinin ötən gün düşərgəyə qatılan komandanın yeni transferi Nicat Qurbanov da iştirak edib.

“Zirə”nin yoxlama oyunları ilə bağlı planında dəyişiklik olub. Belə ki, Ramazan bayramı ilə əlaqədar Türkiyə klubları istirahətə yollandığından ilk oyun iyulun 22-də baş tutacaq. Yoxlama oyunu üçün rəqibin kimliyinə isə sabah aydınlıq gələcək.

Daha çox


Son xəbərlər