“Roma” “Real”a penaltilərdə qalib gəldi

“Roma”  “Real”a penaltilərdə qalib gəldi
XƏBƏR 18 İyul 2015 / 17:57 8570
-  A +

Avstraliyada  dünyanın aparıcı klublarının iştirakı ilə keçirilən  Beynəlxalq Çempionlar Kuboku turniri davam edir.

Qol.Az-ın məlumatına görə, növbəti oyun günündə İspaniyanın "Real" Madrid və İtaliyanın "Roma" klubları qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı qolsuz tamamandığından qalib penaltilər seriyası ilə müəyyənləşib.  Burada daha dəqiq olan romalılar görüşdən qələbə ilə ayrılıb 7-6.

Beləliklə, “Real” Rafael Benitezin başçılığı ilə meydana çıxdığı ilk oyunda uduzub.

Son xəbərlər