Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda bu gün səfərdə “Çukariçki” ilə qarşılaşacaq “Qəbələ”nin sabiq futbolçusu Milan Antiç “qırmızı-qaralar”ın düşərgəsinə baş çəkib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu "Çukariçki" ilə oyunda "Qəbələ"yə azarkeşlik edəcəyini bildirib:
“Bu qarşılaşma mənim üçün çox maraqlı olacaq. Çünki komandaların sisteminə nəzər salsaq, hər iki klub ölkəsinin ən yaxşılarındandır. Hazırda “Çukariçki” “Partizan” və “Srvena Zvezda”dan daha yaxşı vəziyyətdədir. “Qəbələ” ilk oyunda qol vursa, növbəti mərhələyə yüksəlmək şansları böyük olacaq. Mən də daha çox sabiq komandamın mərhələ keçməsini istəyirəm. “Qəbələ”yə azarkeşlik edəcəyəm. Vaxtilə bu komandada çıxış etmişəm. Düşünürəm ki, “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər”.
Qeyd edək ki, 2009/2010 və 2010/2011 mövsümlərində “Qəbələ”də çıxış edən Antiç keçirdiyi 58 oyuna 6 qol vurub.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video