"Çox sevinirəm ki, heyətində çıxış etdiyim “Qəbələ”ni Serbiyada görürəm. Sabiq komandamın rəqibi olan “Çukariçki” mənim yaşadığım evə ən yaxın yerləşən klubdur. Bu komanda son illərdə yüksəlib".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin sabiq futbolçusu Branimir Subaşiç klubun rəsmi saytına açıqlamasında deyib.
2010/11 mövsümündə “Qəbələ”də çıxış edən Subaşiç ötən gün Serbiyada olan “qırmızı-qaralar”ın düşərgəsinə baş çəkib. Serbiyalı futbolçu Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki" ilə qarşılaşacaq "Qəbələ"nin mərhələ keçmək şanslarını dəyərləndirib:
“Çukariçki” heç də pis oynamır. İmkanlarına, təşkilati məsələlərə görə Serbiyanın 2-ci, 3-cü komandasıdır. Azərbaycanda çempionat avqustun əvvəlində başlayır. Serbiyada isə yarış bu həftə start götürəcək. Bu üzdən “Çukariçki” fiziki cəhətdən daha hazırlıqlı ola bilər. Amma mən “Qəbələ”nin oyununu görmüşəm.
Sabiq komandam daha güclüdür. Əsas məsələ ilk oyunda qol buraxmamaq, imkan olsa vurmaqdır. Cavab oyununda “Qəbələ” evdə qalib gəlib mərhələ adlaya bilər. Şansları bərabər sayıram. Oyunda daha çox yaxşı futbola azarkeşlik edəcəyəm. “Qırmızı-qaralar” sabiq komandamdır, “Çukariçki” isə Serbiyanı təmsil edir. Yəqin ki, “Qəbələ”yə daha çox simpatiya bəsləyəcəyəm”.
Qeyd edək ki, Subaşiç "Qəbələ"nin heyətində keçidiyi heyətində 21 matçda 2 qol vurub.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video