“Kasilyas əsl futbol əfsanəsidir”

“Kasilyas əsl futbol əfsanəsidir”
XƏBƏR 12 İyul 2015 / 15:02 6842
-  A +

Marid “Real”ının futbolçusu  Qaret Beyl sabiq komanda yoldaşı İker Kasilyas haqda xoş sözlər deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi şəxsi “Tvitter” səhifəsində “Portu”ya gedən 34 yaşlı qapıçıya uğurlar arzulayıb:

“Kasilyasla bir komandada oynamaq böyük şərəfdir. Onunla iki il bir yerdə çıxış etdim. Kasilyas əsl futbol əfsanəsidir. Sənə uğurlar arzulayıram dostum”.

Qeyd edək ki, komandası ilə 18 kubok qazanan Kasilyas Madrid klubunun digər canlı əfsanəsi Raul Qonzalesdən (741) sonra "Real"da ən çox oyun keçirən (725) ikinci futbolçudur.

Daha çox


Son xəbərlər
05.11.25  22:20

Kadi sıradan çıxdı

05.11.25  12:34

PSJ Dembeleni itirdi