Fransalı müdafiəçi “Qalatasaray”da

Fransalı müdafiəçi “Qalatasaray”da
XƏBƏR 12 İyul 2015 / 12:00 8059
-  A +

Transfer çalışmalarını davam etdirən “Qalatasaray” daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Fransanın II liqasında mübarizə aparan “Troyes”in futbolçusu Lionel Jules Karole ilə 4 illik müqavilə bağlanacaq.

24 yaşlı fransız müdafiəçi üçün qarşı tərəfə 1.5 milyon avro ödəniləcək.

Qeyd edək ki, “cim-bom” buna qədər "Akhisar"dan Bilal Kısa, "Ridinq"dən, Cem Karaca və "Arsenal"dan Lukas Padolskini transfer edib.

Son xəbərlər