“Kəpəz” təlim-məşq toplanışı çərçivəsində iyulun 10-da son yoxlama oyununu keçirib.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, Gəncə klubu “Dalğa Arena”da 19 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb.
Görüş “sarı-göylər”in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Oyunda ilk dəqiq zərbə kapitan Tural Axundovdan gəlib. Bir qədər keçmiş rəqib hesabı bərabərləşdirib.
Fasilədən sonra “Kəpəz” bütün qüvvə ilə irəli atılaraq, ardıcıl qollarla hesabda üstünlüyünü təmin edib. İkinci hissənin ilk qolunu Tural Rzayev vurub. Daha sonra 11 metrlik cərimə zərbəsindən Budaq Nəsirov çərçivəni dəqiq nişan alıb. Matçda son nöqtəni isə gənc hücumçu Ziyabil Məmmədov qoyub. O, künc zərbəsinin davamında başla toru silkələyib - 4:1.
Xatırladaq ki, bu komandanın Bakı toplanışı çərçivəsində 3-cü qələbəsi olub. Bundan öncə “Kəpəz” “Sumqayıt”ı 1:0, AZAL-ı isə 2:1 hesabı ilə məğlub edib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr