UEFA-dan “Qəbələ”nin qoluyla bağlı yekun qərar

UEFA-dan “Qəbələ”nin qoluyla bağlı yekun qərar
XƏBƏR 10 İyul 2015 / 15:18 11974
-  A +

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən "Qəbələ" - "Dinamo" matçında vurulan ilk qolun müəllifini dəyişib.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, matçın protokolunda ilk qolun müəllifinin Asif Məmmədov olduğu göstərilib. 

Daha öncə isə UEFA-nın rəsmi saytında "Qəbələ"nin ilk qolunu Sergey Zenyovun vurduğu qeyd olunmuşdu.
 
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.


Son xəbərlər