"Qəbələ"nin Serbiyanın "Çukariçki" komandası ilə Avropa Liqasının II təsnifat mərhələsindəki ev oyunu Bakıda keçirilə bilər.
Qo.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə görə, bu haqda Azərbaycan klubunun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, Qəbələ şəhər stadionunda Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə I təsnifat mərhələsinin cavab görüşündə baş vermiş olaylarla əlaqədar UEFA Nizam-İntizam Komitəsinin cəzalar tətbiq edəcəyi gözlənilir. Həmin cəzalar stadionda siyasi bannerlərin nümayişi və Gürcüstan bayrağının yandırılması ilə əlaqədar tətbiq olunacaq. Eyni zamanda, arenada portativ (gəzdirilən) tribuna da quraşdırılıb ki, bu da UEFA tələblərinə ziddir.
F.Nəcəfov qərarın yaxın günlərdə açıqlanacağını bildirib: "Məndə olan məlumata görə, Tbilisidə Boris Payçadze adına stadionunda keçirilmiş ilk görüşdə gürcüstanlı azarkeşlərin siyasi banner nümayiş etdirməsi səbəbindən "Dinamo"ya 20 min avro cərimə kəsilib. Bizi də UEFA-dan cəza gözləyir. Portativ tribunanı isə ləğv etmək üçün gec idi. Çünki artıq həmin sektora bilet satılmışdı. Bütün bunlar üzündən, stadionumuz cəza tədbiri kimi qapadılsa, "Çukariçki"ni Qəbələdə yox, Bakıda qəbul etməli olacağıq".
Klub rəsmisi deyib ki, Qəbələ şəhər stadionu cəzalansa, "Çukariçki"ni UEFA-ya ikinci ev arenası kimi təqdim etdikləri Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər. Amma bu zaman ilk oyunun səfərdə yox, evdə keçirilmə variantı gündəmə gələcək: "Çünki "İnter"lə biz eyni vaxtda rəqiblərimizi Bakıda qəbul edə bilmərik. UEFA-nın qaydaları buna yol vermir. Ona görə də iyulun 16-da ya biz, ya da "İnter" ilk oyunu səfərdə yox, evdə keçirəcəyik".
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri iyulun 23-də keçiriləcək.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr