İyunun 26-da Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson Azərbaycan prezidenti İlham Əliyevə ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.
Qol.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, ali paralimpiya mükafatı ancaq beynəlxalq səviyyədə Olimpiya hərəkatının və idmanın inkişafında xüsusi xidmətləri olan dövlət başçılarına verilir. Bu baxımdan həmin mükafat böyük önəm daşıyır. İndiyədək yalnız 12 dövlət başçısının ali paralimpiya mükafatına layiq görülməsi bunun əyani təsdiqidir.
Görüşdə çıxış edən Endrü Parson deyib: “Azərbaycanda paralimpiya hərəkatına dəstək göstərdiyiniz üçün Beynəlxalq Paralimpiya Komitəsi adından Sizə “Şərəf” medalını təqdim etmək istəyirəm. Bizim prezident şəxsən özü bu medalı Sizə təqdim etmək istəyirdi. Lakin əfsuslar olsun ki, səhhəti ilə bağlı kiçik problemlər yaşadığından bunu edə bilmədi. “Şərəf” medalı paralimpiya hərəkatına dəstək göstərdiklərini qiymətləndirmək üçün yalnız dövlət başçılarına verilir və bu hərəkata göstərdiyiniz dəstəyə görə sizə təqdim olunur. Mən Sizə, həmçinin kitab təqdim etmək istəyirəm. Biz bu yaxınlarda Beynəlxalq Paralimpiya Komitəsinin 25 illiyini qeyd etdik. Bu kitabda ən önəmli 25 məqam əks olunur və prezidentimizin də sizə xüsusi müraciəti var”.
Mükafat və kitaba görə minnətdarlığını bildirən prezident İlham Əliyev deyib: “Belə bir medala layiq görülmək mənim üçün böyük şərəfdir. Bizim paralimpiya hərəkatına göstərdiyiniz dəstək üçün sizə təşəkkürümü bildirirəm. Biz öz paraolimpiyaçılarımız üçün ən yaxşı şərait yaratmaq məqsədilə əlimizdən gələni edirik. Elə indicə məşhur, əfsanəvi paralimpiyaçımız İlham Zəkiyev qızıl medal qazandı. Yəqin siz də bilirsiniz ki, o, məşəli stadiona gətirmişdi. Minlərlə idmançı və məşhur insanlar bütün Azərbaycanı məşəllə dolaşdılar. Onu məşəli stadiona gətirəcək şəxs qismində seçdilər. Bu da onun idmana sadiqliyinin və dövlətimizin, insanlarımızın paralimpiya hərəkatına verdiyi qiymətin təzahürüdür”.
Yeddinci dəfədir Azərbaycanda səfərdə olduğunu bildirən Endrü Parson ölkəmizdə paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Braziliya Paralimpiya Komitəsi ilə də uğurlu əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yeni müvafiq sənədlər də imzalanıb. Endrü Parson Azərbaycanın paralimpiyaçılarının Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında da uğurlu çıxış edəcəklərinə inamını bildirib.
Prezident İlham Əliyev Azərbaycanda idman infrastrukturunun inkişafı üçün kompleks işlər aparıldığını və bir neçə il əvvəl Sumqayıtda paralimpiyaçılar üçün təlim mərkəzinin də istifadəyə verildiyini deyib. Dövlət başçısı həqiqətən də Azərbaycan paralimpiyaçılarının mütəmadi uğurlar qazandıqlarını qeyd edib.
Endrü Parson Azərbaycan prezidenti İlham Əliyevi Rio-de-Janeyroda həm Olimpiya, həm də paralimpiya Oyunlarında görmək arzusunu çatdırıb.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov