Azərbaycanlı atlet: "Birincilik istəyirdim"

Azərbaycanlı atlet: "Birincilik istəyirdim"
XƏBƏR 22 İyun 2015 / 19:17 3781
-  A +

"İkinci yeri tutmağıma baxmayaraq, sevinmirəm. Çünki qələbə istəyirdim və bu yarışa çox hazırlaşmışdım".

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu  Rahib Məmmədov jurnalistlırı deyib.
"Bakı-2015" Birinci Avropa Oyunlarında kişilər arasında 110 metr məsafəyə sədli qaçışda ikinci yeri tutan R.Məmmədov zədəli olmasına baxmayaraq, çıxışından narazılığını dilə gətirib və gələcək planlarından danışıb:

"Çoxlu zədəm olmuşdu. Ancaq birincilik istəyirdim. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları və 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış etmək istəyirəm".

22 yaşlı sprinter Azərbaycanın atletika komandasının ilk üçlükdə qərarlaşmaq şansının olduğunu bildirib.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır