"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Mladost" klubu 1950-ci ildə yaradılıb.
Qol.Az-ın məlumatına görə, ötən mövsüm Monteneqro çempionatını dördüncü pillədə başa vuran komanda tarixində ikinci dəfə Avropa Liqasında oynamaq hüququ əldə edib.
2006/2007 mövsümündən çıxış etdiyi Monteneqro yüksək liqasında heç bir titulu olmayan klubun Avropa arenasında debütü uğurlu alınıb. 2013/2014 mövsümündə ilkin təsnifat mərhələsində "Videoton" (Macarıstan), daha sonra "Senisa" (Slovakiya) klublarını mübarizədən kənarlaşdıran "Mladost" üçüncü mərhələdə "Sevilya" səddini aşa bilməyib. Hər iki oyunda rəqibinə uduzan (1:6, 0:3) Monteneqro təmsilçisi turnirlə vidalaşıb. Komandanın ilk dəfə qarşılaşacağı "Neftçi"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.
Momçilo Vujoseviçin sahibi olduğu klubu Nikola Rakoyeviç çalışdırır. Podqoritsa şəhərini təmsil edən "Mladost" ev oyunlarını 2 min tamaşaçı tutumuna malik stadionda keçirir. Ağ-qırmızı rəngli formalardan istifadə edən komanda əsasən yerli futbolçulardan təşkil olunub.
Qeyd edək ki, "Neftçi" və "Mladost" komandaları arasında ilk oyun iyulun 2-də, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da