"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Monteneqronun "Rudar" klubunun əsası 1920-ci ildə qoyulub.
Qol.Az-ın məlumatına görə, komanda hazırda Darko and Duşko Sariç qardaşları tərəfindən idarə olunur.
Monteneqronun şimalında yerləşən Plyevlya şəhərini təmsil edən komanda ev oyunlarını "Qradski" stadionunda keçirir. Arena 10 min tamaşaçı tutumuna malikdir. Mirko Mariçin rəhbərlik etdiyi komanda ev oyunlarında göy, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.
"Qarabağ"ın 95 yaşlı rəqibi tarixi ərzində cəmi iki dəfə ölkə çempionluğu sevinci yaşayıb. Komanda bu uğura 2009/2010 və 2014/2015 mövsümlərində nail olub. Bu komanda 3 dəfə (2006/2007, 2009/2010, 2010/2011) də ölkə kubokuna sahib çıxıb.
Son Monteneqro çempionunun Avropa arenasında uğurlu çıxışı nəzərə çarpmır. "Qarabağ"ın rəqibi ən yaxşı halda Çempionlar Liqası və Avropa Liqalarında I təsnifat mərhələsini uğurla adlaya bilib. Komandanın bundan artığına gücü çatmayıb.
2013/2014 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində Ermənistanın "Mika" klubunu mübarizədən kənarlaşdıran (1:0, 1:1) "Rudar" növbəti mərhələdə "Slask" (Polşa) səddini keçə bilməyib. İki oyunun nəticəsinə görə rəqibinə uduzan (2:2, 0:4) "Rudar" turnirdə mübarizəni dayandırıb. Komandanın heyəti əsasən yerli futbolçulardan təşkil olunub. Klubda cəmi 5 legioner futbolçu var ki, bunlardan üçü yaponiyalı, ikisi isə serbiyalıdır.
Qeyd edək ki, "Qarabağ" və "Rudar" komandaları arasında ilk oyun 14 və ya 15 iyul tarixlərində Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Monteneqroda keçiriləcək.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı