“Avstriyalı idmançının ölməsi xəbərləri yalandır”

“Avstriyalı idmançının ölməsi xəbərləri yalandır”
XƏBƏR 20 İyun 2015 / 23:00 4268
-  A +

İyunun 11-də Bakıdakı Avropa Oyunlarının Atletlər Kəndindəki qəza nəticəsində yaralanmış avstriyalı idmanı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlər yalandır.


Qol.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib.
 
“Mən dünən də, bu gün də xəstəxanada olmuşam və onun həkimləri ilə danışmışam. V.Sahinoviçin vəziyyəti sabitdir və səhhətində heç bir dəyişiklik yoxdur. Bəzi mətbuat orqanlarının bu xəbəri haradan aldığını bilmirəm, amma bu əsassız və yalan xəbərdir” – deyə səfir qeyd edib.

Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar