Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn sərbəst güləş üzrə Rusiya yığma komandasının məşqçisi Vladimir Modosyan Bakı haqqında fikirlərini bölüşüb.
Qol.Az-ın "Anspress"ə istinadən yaydığı xəbərə görə, erməni əsilli məşqçi Bakıda keçirdiyi hisslər, aldığı təəssüratlar barədə danışıb.
Modosyan qeyd edib ki, Avropa Oyunları idman sahəsində ilk belə mötəbər turnirdir və onu keçirmək şərəfi Bakıya nəsib olub: “Burada hər şey çox yüksək səviyyədə təşkil olunub - dəqiq, savadlı, səliqəli və mükəmməl. Təşkilat Komitəsinin üzvləri çox xeyirxahdır, hər bir qonağa nəzakətlə yanaşırlar. Əgər kiminsə hər hansı problemi yaranırsa, bir neçə dil bilən könüllülər dərhal yaxınlaşıb kömək edirlər, suallara cavab verirlər. Mən hesab edirəm ki, bu idman bayramı həddən artıq yüksək səviyyədə baş tutdu”.
Modosyan Ermənistan-Azərbaycan münaqişəsinin erməni idmançılarının “Bakı-2015”dəki çıxışlarına təsiri məsələsinə də toxunub: “Siyasət idmana təsir göstərə bilməz, göstərməməlidir. Çoxları elə düşünürdü ki, burada erməni-azərbaycanlı münaqişəsi ilə bağlı bu və ya digər formada hansısa bir problem yarana bilər. Lakin Avropa Oyunlarında hər şey tamamilə başqa cürdür. Bura yalnız idmanı sevən və ona hörmət edən insanlar toplaşıb. Onların hamısının yalnız bir məqsədi var - qalib gəlmək, qələbə qazanmaq”.
Rusiya millisinin erməni əsilli məşqçisi Bakıya valeh olduğunu da söyləyib: “Mən Bakıdan sadəcə heyrətə gəlmişəm. Müasir binalar və idman zalları, idmançıların yaşadığı kənd - heç də hər ölkədə belə ideal şərait yoxdur. Bununla hər bir ölkə öyünə bilər. Bakının gözəlliyi bütün qonaqları, o cümlədən məni valeh edib. Bakını, Azərbaycan xalqının qonaqpərvərliyini və xeyirxahlığını görəndən sonra bir daha başa düşdüm ki, bu xalqın, bu ölkənin çox gözəl gələcəyi var”
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri