İspaniya Futbol Federasiyası mayın 16-dan etibarən bütün peşəkar futbol liqalarında oyunların dondurulması barədə qərar qəbul edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna federasiyanın oyunların canlı yayım hüququ ilə əlaqədar İspaniya hökümətiylə anlaşa bilməməsi səbəb olub.
İspaniya hökümətinin 30 apreldə çıxardığı yeni qərarla razılaşmayan federasiya mayın 16-dan etibarən La Liqa və ikinci liqa daxil olmaqla bütün peşəkar futbol çempionatlarında oyunların müddətsiz təxirə salınacağını açıqlayıb. İFF futbolçuların maliyyə borclarının lazımi səviyyədə tənzimlənməməsini də ön plana çəkərək hökümətin qərarına etiraz edib.
İspaniya Futbolçular Birliyinin (AFE) sədri Luis Rubialesin də bu gün yaranmış vəziyyətlə bağlı federasiyanın qəbul etdiyi qərarı rəsmən açıqlayacağı gözlənilir. Əgər federasiyanın oyunların dondurulması ilə bağlı qərarı həyata keçirilərsə, İspaniya La Liqasının son iki turunun və ölkə kubokunun final görüşləri baş tutmayacaq.
Qeyd edək ki, İspaniya kubokunun finalında "Barselona" və "Atletik" (Bilbao) klubları üz-üzə gələcək. Həmin matçın mayın 31-də keçirilməsi nəzərdə tutulub.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"