"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi
- "Qarabağ" altı illik fasilədən sonra yenidən Azərbaycan kubokunun finalına yüksəldi. Öncə bununla bağlı təəssüratlarınızı öyrənək...
- Əlbəttə ki, finala çıxmaq çox xoş duyğudur. Düzdür, komandamız "Simurq"la ağır bir oyun keçirdi. Ancaq əsas odur ki, iki oyunun nəticəsində finala yüksəldik. Həlledici görüşdə rəqibimiz "Neftçi" olacaq. Bu da finala əlavə rəng qatacaq. "Neftçi" ilə qarşılaşacağımız üçün sevinirik. Finalda da komandamız əlindən gələnin ən yaxşısını etməyə çalışacaq. Finalda "Neftçi"i ilə qarşılaşacağımıza ona görə sevinirik ki, rəqibimiz köklü klubdur. Yəni "Qarabağ"a layiqli rəqibdir. Məncə, final qarşılaşması gözəl futbol bayramı olacaq.
- Sizcə, "Neftçi" də finalda rəqibinin "Qarabağ" olmasına sevinir?
- Bizim hər zaman "Neftçi" ilə gözəl münasibətlərimiz olub. Həm yaxşı rəqib, həm də dost olmuşuq. Məncə, onlar üçün də rəqibin önəmi yoxdur. Hər iki komandanın məqsədi kuboku qazanmaqdır. Daha çox istəkli olan komanda kuboku qazanacaq.
- Final matçını Qəbələdə keçirilməsinə münasibətiniz necədir?
- Bu, sevindirici haldır ki, bölgəmizdə oynayacağıq. PFL-in bu addımını düzgün qiymətləndiririk. Bu barədə bizə müraciət etmədilər. Heç buna ehtiyac da yoxdur. İstənilən yerdə oynamaq bizim borcumzudur və buna hazırıq. Qəbələdə hər bir şərait var. Qəbələlilər gözəl bir oyuna şahidlik edəcəklər.
- Azarkeşlərin Qəbələyə aparılması üçün nə kimi işlər görüləcək?
- Mütəmadi olaraq azarkeşlərlə işləyirik. Təbii ki, final matçı üçün də planlarımız var. Qəbələyə getmək istəyən hər bir azarkeşimizi ora aparmağa çalışacağıq.
- Son vaxtlar "Qarabağ" "qızıl dubl" edə biləcəkmi" sualı çox verilir. 1993-cü il istisna olmaqla, komandanız daha əvvəl də "qızıl dubl" etməyə yaxın olsa da, bunu bacarmamışdı. "Qarabağ"ın bu mövsüm əvvəlki illərdən fərqli olaraq hər iki kuboku qazanmağa yetərincə gücü var?
- Düzgün qeyd etdiniz ki, əvvəlki illərdə də "qızıl dubl" etməyə yaxın olmuşuq. Ancaq şansımızı əldən verdik. İndi isə təmkili olmalıyıq. Hər bir qarşılaşmaya final oyunu kimi hazırlaşmalıyıq və belə də edirik. Düzdür, futbolçularımız həm psixoloji, həm də fiziki cəhətdən çox yükləniblər. Yorğunluq hiss olunur. Bunu hamımız görürük. Ancaq bu, tək "Qarabağ"da deyil, bütün komandalarda var. Dörd gündən bir oyuna çıxırıq. Hazırlıq səviyyəsi nə qədər yüksək olsa da, belə sıx qrafiklə oynamaq yorğunluq yaradır. İndidən "qızıl dubl" haqda düşünsək, böyük səhv edərik. Çünki hələ nə çempion olmuşuq, nə də kuboku qazanmışıq. Bunu düşünmək bizim üçün böyük təhlükədir.
- Artıq mövsümün sonudur. Yəqin ki, transfer işləri sürətləndirilib. Qurban Qurbanov transferlə bağlı tələbini rəhbərliyə bildirib?
- Bizə təklif olunan futbolçular var. Amma baş məşqçi hələ öz istəyini bizə çatdırmayıb. İndiki məqamda bütün diqqətimizi kubok və çempionata yönəltmişik. Hazırda hərtərəfli iş gedir. Bu məsələlər baş məşqçimizlə rəhbərlik arasında müzakirə olunur. Komandanın qarşısında çətin vəzifələr var. Ağır oyunlara hazırlaşmaq lazımdır. Transfer məsələsində əsas söz sahibi baş məşqçimiz Qurban Qurbanovdur. Onun istədiyi addımları atacağıq. Bəli, görüşlərimiz, iclaslarımız olur. Ancaq çempionat başa çatmamış bu barədə danışmağımız komandaya zərbə olar. Həm də əsasə hədəfdən yayına bilərik.
- Yerli futbolçulardan Maksim Medvedyev və Vüqar Nadirovun müqaviləsi mayda başa çatır. Onlarla yeni müqavilə haqda razılıq əldə olunub?
- Onların "Qarabağ"a mənəvi bağlılıqlarını bilirik. Məncə, heç biri ilə problem olmayacaq. Onlarla razılığa gəlib müqavilə bağlamışıq desəm, yalan olar. Ancaq yəqin ki, "Qarabağ"da qalacaqlar.
- Bir neçə legioner futbolçunun da müqaviləsi başa çatır. Onlarla danışıqlar nə yerdədir?
- Hər biri ilə danışıqlar gedir. Ancaq hazırda daha vacib vəzifələrin icrası ilə məşğuluq.
- Çumbinyo zədə səbəbindən uzun müddətdir ki, komandadan ayrı düşüb. Onu gələn mövsüm "Qarabağ"da görəcəyik?
- O, hazırda vətənindədir. Yay təlim-məşq toplanışında komandaya qoşulacaq.
Ramiq AĞAMƏMMƏDOV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
"Qalatasaray"ın qələbəsi - Video
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi