Bakı “İnter”inin gürcüstanlı hücumçusu Baçana Sxadadze Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə cavab matçından (2:1) sonra Qol.Az saytına müsahibə verib.
- Qələbə qazansanız da, iki oyunun nəticəsinə görə kubokda mübarizəni dayandırdınız. Finala çıxa bilməməyinizin səbəbi nə oldu?
- “Neftçi”nin zəif oynamasına baxmayaraq bəxtimiz gətirmədi. Daha iki qol vura bilərdik. Bunun üçün yaxşı fürsətimiz də oldu. Amma əlimizə düşən imkanlardan yararlana bilmədik. Rəqibi təbrik edirəm. Final matçında “Neftçi” və “Qarabağ”a uğurlar arzulayıram.
- Niyə ilk hissədə oyununuz istənilən kimi alınmadı?
- Matçın əvvəlində “Neftçi” bütün diqqətini müdafiəyə yönəltmişdi. Birinci hissədə bir neçə qol epizodumuz olsa da, rəqibin müdafi xətti möhkəm dayandı. İkinci hissəyə isə daha aqressiv başladıq. Həm də sona doğru rəqib artıq yorulmuşdu. Finala vəsiqə qazanmaq üçün əlimizdən gələni etdik. Qalib gəlsək də, lazım olan nəticəni əldə edə bilmədik.
- Düşünürsən ki, ikinci hissədə sərgilədiyiniz oyunu ilk yarıda göstərə bilsəydiniz, böyük hesabla qalib gələrdiniz?
- Bu, futboldur. Birinci və ikinci hissə arasında hər zaman fərq olur. Dünya təcrübəsindən də göründüyü kimi, ilk yarıda komandalar hər zaman qapalı oynayır. Matçın ilk dəqiqələrində kompakt oyun sərgiləyən “Neftçi”nin sona doğru tamamilə müdafiəyə oturması bizim işimizi asanlaşdırdı.
- Ümumiyyətlə, bu matçda sizdə nə çatışmırdı?
- Ancaq bəxt... Ayrı heç nə. Oyunu izlədiniz. Xoşunuza gəlmədi? Mənə təsir edən o oldu ki, “İnter” bu oyunla finala çıxa bilmədi.
- Çempion olmaq şansınızın çox az olduğunu demək olar?
- Nəzəri cəhətdən şansımız qalıb. Sona kimi mübarizə aparacağıq.
- Mövsümün sonunda Kaxaber Sxadadze “İnter”dən ayrılacaq. Sənin klubdakı taleyin necə olacaq?
- Hələ bu haqda heç nə deyə bilmərəm. Klubdakı vəziyyətə baxacam. Mənim hələ “İnter”lə bir illik müqaviləm var. Hal hazırda “İnter”də atmosfer çox yaxşıdır. Bu komandada oynamaq hər birimizə zövq verir. Gələcək haqqında indidən heçnə deyə bilmərəm. Görək, yeni baş məşqçi kim olacaq. İndiki ab-hava davam etsə...
- Atanla bu barədə söhbətin olub?
- Yox hələ danışmamışıq. Təbii ki, mən onunla məsləhətləşirəm və hər işdə onun rəyini öyrənirəm. Əgər komandanın tərkibi saxlanılsa və iddilı yeni baş məşqçi gəlsə, qalmaq haqqında düşünmək olar.
Ergün SEYİD
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video