"Cahangir Hacıyev “İnter”in sahibi olaraq qalacaq. Mən də öz vəzifəmin başında olacam"
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində dünən “Neftç”yə qarşı oyundan (2:1) sonra Qol.Az saytına müsahibə verib.
-“İnter”də baş verən son proseslərdən sonra klubun gələcək taleyi ilə bağlı nə deyə bilərsiz?
- Bu məsələ ilə bağlı indidən dəqiq bir şey söyləyə bilmərəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, bizim iddiamız əvvəlki kimi qalır. Bu günə kimi “İnter” necə idisə, gələcəkdə də elə olacaq. Bizə bu qədər diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Amma narahatlığa heç bir əsas yoxdur. Azərbaycan futbol ictimaiyyətinə, azarkeşlərimizə demək istəyirəm ki, rahat olsunlar. “İnter” gələcəkdə də öz iddialarında qalacaq.
- Demək istəyirsiniz ki, “İnter”in dağılmaq ehtimalı yoxdur?
- Yox, bundan söhbət belə gedə bilməz.
- Bəs klubun sahibi kim olacaq?
- Hər şey olduğu kimi qalır. Əminliklə deyirəm ki, Cahangir Hacıyev “İnter”in sahibi olaraq qalacaq. Mən də öz vəzifəmin başında olacam.
- Klubun büdcəsinin 50 faiz azaldılacağı haqda yayılan məlumatlar nə dərəcədə doğrudur?
- Hər şey ola bilər. Bu məsələnin incəliyinə varmaq istəməzdim. Hazırda dünya iqtisadiyyatı çətin dövr yaşayır. Azərbaycan da dünya iqtisadiyyatının bir parçasıdır. Bu böhran ortadan qalxmayınca müəyyən problemlər ola bilər. Biz “cənnət adası”da yaşamırıq. Dünya iqtisadiyyatında baş verən proseslər bizə də təsir göstərir. Obama işləri yoluna qoymayınca, biz dünya iqtisadiyyatı ilə ayaqlaşmalıyıq.
- “İnter Arena” stadionunun klubun əlindən alınacağı ilə bağlı məlumatlar nə dərəcədə doğrudur?
- Bu arena bizim şəxsi mülkümüzdür. Yüz yox, milyard faiz əmin ola bilrəsiniz. Onu heç kimə vermirik. Klubumuz “İnter Arena”ya böyük vəsait xərcləyib. Burdan pul qazanırıq. Burdan xeyir götürürük. Gələcəkdə də bu arena klubumuza xidmət edəcək.
- Kaxaber Sxadadzenin əvəzləyicisi kim olacaq?
- Bu, yaxşı sualdır. Amma hələ ki, cavabı yoxdu.
- Slavço Georgiyevskinin “İnter”in yeni baş məşqçisi olacağı deyilir...
- Belə olsaydı, çox şad olardım. Amma onun təhsili, təcrübəsi yoxdu. Bəlkə də 2-3 ildən sonra Georgiyevski “İnter”in yeni baş məşqçisi ola bilər. Amma hazırda onun təyinatı gündəmdə deyil.
- Yeni baş məşqçinin adını nə vaxt açıqlayacaqsız?
- Bu məsələ hər şey maddi durumdan asılıdır. Klubun növbəti mövsüm üçün büdcəsi təsdiqlənəndən sonra yeni baş məşqçi təyinatı da gerçəkləşəcək.
- Cavablarınızdan belə başa düşdük ki, “İnter” və klubun bütün idarə heyəti fəaliyyətini davam etdirəcəklər.
- Əlbəttə. Sizi “İnter”in Avroliqadakı ilk ev oyununa dəvət edirəm. Oyunu mənimlə birgə VİP lojadan izləyib, dediklərimin həqiqət olduğuna əmin ola bilərsiz.
Ergün SEYİD
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi