Regionda futbol (VİDEO)

Regionda futbol (VİDEO)
VİDEO 17 Aprel 2015 / 16:31 2684
-  A +

Futbol üzrə Azərbaycan birinci divizionunda 23-cü turun oyunları keçirilib.

Qol.Az-ın "Region TV"yə istinadən veridiyi xəbərə görə, Gəncənin "Kəpəz" kollektivi öz meydanında "Energetik"i sınağa çəkib.

Ev sahibləri oyuna aktiv başlasalar da, qol mingəçevirlilərdən gəlib. 42-ci dəqiqədə cərimə zərbəsinin davamında "Kəpəz"in müdafiə xəttindəki boşluqlardan maksimum yararlanan "Energetik" hesabı açıb.

İkinci hissədə Gəncə təmsilçisi məğlubiyyətdən yaxa qurtarmaq üçün bütün qüvvələri ilə irəli atılsa da, hesabı dəyişmək mümkün olmayıb - 0:1.

Daha çox


Son xəbərlər