Cari mövsüm Azərbaycan kubokunun final oyunu Qəbələdə keçirilə bilər.
Qol.Az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Qəbələ" klubunun qəzetinə açıqlamasında deyib.
Əslində, PFL cari mövsümdə superkubokun finalının Qəbələdə təşkilini planlaşdırsa da, mümkün olmayıb. Ancaq eyniadlı komandanın kubokda mübarizəni dayandırması həlledici görüşün Qəbələdə keçirilməsinə imkan verir. Yarımfinal mərhələsinin başa çatmasını gözləməyi məsləhət görən Musayev finalın Qəbələdə keçirilməsi perspektivinə yaxşı baxır:
"Finala hansı komandaların çıxacağını bilmək vacibdir. Çünki final matçının məkanı iştirakçılardan asılı olaraq seçiləcək. Sözsüz ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Matçın Qəbələdə keçirilməsi mümkündür. Finalçılar bəlli olduqdan sonra qərar veriləcək. Finalın Qəbələdə keçirilməsi çox yaxşı olardı. Çünki həmin bölgədə futbol da var, qızğın azarkeşlər də”.
Təqvimə əsasən, final matçı iyunun 3-də olmalıdır. Ancaq məlumdur ki, iyunun 12-də Bakıda I Avropa Oyunları start götürəcək. PFL rəsmisi tarixin bir qədər irəli çəkiləcəyini də istisna etməyib: "Həmin gün dövlət əhəmiyyətli tədbir olarsa, tarixin irəli çəkilməsi mümkündür. Final matçının iyunun 3-də keçirilməsi millimizin sabiq baş məşqçisi Berti Foqtsun təklifinə görə olmuşdu. Çünki çempionatımızın təqvimi millimizin hazırlıq planı və oyun günləri nəzərə alınmaqla tutulmuşdu".
Qeyd edək ki, Azərbaycan Kubokunun bundan əvvəlki final oyunları, əsasən, mayın 28-də Respublika günündə, "Tofiq Bəhramov”da keçirilsə də, ötənilki finalçılar - "Qəbələ” ilə "Neftçi” həmin arenada mayın 22-də üz-üzə gəlmişdilər. 23-cü dəfə keçiriləcək həlledici matç Qəbələdə baş tutarsa, bu, əyalətdə keçirilən ilk final kimi futbol tariximizə düşəcək.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi