AFFA İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Karlos Kardozoya verilmiş üç oyunluq cəzanın iki oyunluq şərti tətbiq etməsi “Qəbələ” və AZAL klublarının etirazına səbəb olub.
Qol.Az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov İntizam Komitəsinin qərarına etiraz etmələrinin səbəbini izah edib.
Klublar Komitəsinin bugünkü iclasında sözügedən məsələnin müzakirə olunduğunu deyən klub rəsmisi belə qərarlarda ikili standartların yolverilməz olduğunu bildirib:
“İntizam Komitəsinin Karlos Kardozo ilə bağlı verdiyi qərardan sonra AZAL klubu və biz məsələyə yenidən baxılmasını istədik. Düşündük ki, qərarların verilməsində ikili standartlara qarşı mübarizəni bütün klublarımızla birgə aparmalıyıq. Söhbət bir futbolçudan və ya klubdan getmir. İstədiyimiz odur ki, bu məsələni birdəfəlik həll edək. Buna görə də Klublar Komitəsinə müraciət olundu. Komitənin bu gün keçirilən iclasında bizim istəyimizlə İntizam Komitəsinin nümayəndəsi də iştirak etdi. Sevindirici haldır ki, bütün klublarımız bizim etirazımıza müsbət yanaşırlar. İstərdik ki, hər bir klub İntizam Komitəsinin qərarları ilə razılaşsın. Bunun üçün də ədalətli qərarlar qəbul olunmalıdır”.
Z.Əzizov “Neftçi” ilə heç bir qərəzlərinin olmadığı söyləyib: "Burda söhbət “Neftçi”dən getmir. Deyilir ki, Kardozo qırmızı vərəqəlik bir şey etməyib. Biz də buna aydınlıq gətirmək itəyirik ki, əgər futbolçu heç bir qayda pozuntusu etməyibsə, niyə cəzalandırılır? Yaxud da birbaşa qırmızı vərəqə alırsa, niyə onun haqda qərar digərlərindən fərqli verilir. Elə bizim sabiq qapıçımız Kamran Ağayevin cəzasından fərqləndirilir. Vahid intizam kodeksi olmalıdır. Bu məsələdə klublar birliyini nümayiş etdirməlidir ki, neqativ halların qarşısı alınsın”.
Xatırladaq ki, qaydalara əsasən futbolçu birbaşa qırmızı vərəqə alarsa, ən azı iki oyunluq cəzalandırılmalıdır.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?