AFFA Klublar Komitəsinin bu gün növbəti iclası keçirilib.
Qol.Az-ın məlumatına görə, iclasda bir sıra məsələlər müzakirə olunub.
Komitə üzvü Yaşar Seyidov əməkdaşımızla söhbətində aparılan müzakirələr barədə məlumat verib:
“İlk növbədə Premyer Liqa oyunlarının teleyayım məsələsi haqda danışıqlar oldu. Bundan başqa Premyer Liqada oynayan legionerlər üçün ödənilən rüsum müzakirə edildi. Burada əsas məqsəd odur ki, klubların xərci azalsın. Sifariş olunan ilk üç legioner üçün ödəniş olunmaması təklif olundu. Əgər legioner futbolçu ölkəsinin yığmasına dəvət olunmursa və Premyer Liqamızda oynayırsa, ilk mövsümündə ona görə 20 min manat ödənilməlidir.
Klublarda idarə heyətinin yaradılması ilə bağlı da müzakirələr aparıldı. Gənc futbolçuların yetişdirilməsi haqqına görə ödəniş sisteminin qurulması və bəzi məsələlər haqda fikir mübadiləsi aparıldı”.
Y.Seyidov “Bakı” klubu adından yeni təklif irəli sürdüyünü bildirib. Qeyd edib ki, KK-nin növbəti iclasında bu məsələ müzakirə olunacaq:
“Bildiyiniz kimi, dövlət başçısının ölkə futbolunun inkişafına dair imzaladığı 2005-2015-ci il dövlət proqramı artıq başa çatır. Artıq 2015-2020-ci il dövlət proqramı hazırlanır. Bu proqrama klubların mənafeyinə uyğun məsələlərin salınmasını təklif etmişəm. Klublar Komitəsi bunun üçün sənədlər hazırlayacaq. Klublarımızın bir çox çətinlikləri var. Mən “Bakı”nın adından danışa bilərəm. Bizim klubda strukturu qoruyub saxlamaq üçün ildə 700 min manat vəsait tələb olunur. Hər ay təkcə stadionlara qulluq etmək üçün 42 min manat xərclənir. Təbii meydançaların saxlanılması böyük vəsait tələb edir. Ümumilikdə “Bakı” klubunun saxlanılması üçün ildə 5 milyon manat tələb olunur. “Bakı”dakı şərait hamıya məlumdur. “Bakı” və “Qəbələ”də olan sturukturun yaxın illərdə hansısa klubda olması gözlənilmir. Yəni bu cür strukturu qoruyub saxlamaq üçün klublarımıza dövlət dəstəyi lazımdır”.
Yamal zədələndi
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi
Superliqa klubunda rumıniyalı baş məşqçi
AFFA komandanı kənarlaşdırdı, məşqçiyə 6 aylıq cəza verdi
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
"Bruno "Mançester Siti"də olsaydı, "Qızıl top"u qazanardı"
Yolu açın, çempionlar gəlir! - Video
“Sabah”la bugünkü oyun “Qarabağ” üçün çox prinsipialdır”