“İki fərqli hissə izlədik. İlk hissədə ən yaxşı oyunumuzu keçirdiksə, ikinci hissədə ən pis oyunlarımızdan birini gördük. Erkən vurulan iki qol bizi arxayınlaşdırdı".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Xəzər Lənkəran"la bərabərə qaldıqları matçdan (2:2) sonra deyib.
O, bildirib ki, birinci hissədə beş cavabsız qol vura bilərdilər: "Amma çox təəssüf ki, qol epizodlarımızdan istifadə edə bilmədik və mühüm iki xal itirdik. Qarşıda gələn "İnter"lə kubok matçına ciddi hazırlaşmalıyıq".
"Şəfa"dan qol yağışı