Bu gün Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turun bütün oyunları bu gün baş tutub.
Premyer Liqanın lideri "Qarabağ" bu tur evdə AZAL-ı sınağa çəkib. Son iki turda xal itirən Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmağa çalışacaqdı. "Qarabağ" hesabda geri düşsə də, daha sonra iki qol vurmaqla oyundan qalib ayrılıb - 2:1.
Sumqayıtda isə autsayderlər - "Sumqayıt" və "Bakı" münasibətlərinə aydınlıq gətiriblər. "Bakı" bu görüşdə qalib gələcəyi təqdirdə rəqibi ilə arasındakı xal fərqini azaldacaqdı. Lakin bu görüşdə qapılara qol vurulmayıb və komandalar meydanı 1 xalla tərk ediblər - 0:0.
Turun mərkəzi qarşılaşması Lənkəranda keçirilib. Burada əzəli rəqiblər - "Xəzər Lənkəran" və "Neftçi" üz-üzə gəlib. "Xəzər Lənkəran" cari mövsüm uğursuz çıxışı ilə diqqət çəksə də, doğma meydanda əzəli rəqibini məğlub etməyə çalışacaqdı. Çempionluq uğrunda mübarizə aparan "Neftçi"ni bu görüşdə yalnız qələbə qane edəcəkdi. "Neftçi" 2:0 hesabı ilə önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib. Görüşün 33-cü dəqiqəsindən etibarən 10 nəfərlə mübarizə aparan "Xəzər Lənkəran" fasilədən sonra iki qol vurmaqla məğubiyyətdən xilas olub - 2:2.
Tura "Qəbələ" - "Simurq" oyunu ilə yekun vurulub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
9 aprel
Azərbaycan Premyer Liqası, 29-cu tur
19:00. “Qəbələ” – “Simurq” - 1:0
Qol: Ruslan Abışov, 60 (1:0)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu.
17:00. “Xəzər Lənkəran” – “Neftçi” - 2:2
Qollar: Julius Vobay, 14 (0:1), Erik Ramos, 25 (0:2), Rahid Əmirquliyev, 63 (1:2), Adrian Skarlatake, 74 (2:2)
Qırmızı vərəqə: Alfred Sankoh, 33 ("Xəzər Lənkəran")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Qarabağ” – AZAL - 2:1
Qollar: Seymur Əsədov, 10 (0:1), Leroy Corc, 20 (1:1), Vüqar Nadirov, 50 (2:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
Bakı. “Bakcell Arena”.
17:00. “Sumqayıt” – “Bakı” - 0:0
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayıt şəhər stadionu, 17:00
Turnir cədvəli
|
Draqan Çeran ("Simurq") - 12 qol
Nurlan Novruzov ("Bakı") - 12 qol
Reynaldo Silva ("Qarabağ") - 9 qol
Freddi Mombonqo (AZAL) - 8 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Cavid Hüseynov ("Qəbələ") - 8 qol
Nikolas Kanales ("Neftçi") - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Çempionlar Liqasında 4-cü tur başlayır
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi