"Prosineçkinin tələb etdiyi futbol bizə uyğundur. Səbirsizliklə oyunu gözləyirik. Hamı çox istəklidir. Asan keçməyəcək".
Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov "Avro-2016"nın seçmə mərhələsində Malta ilə oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin Gürcüstanla yoxlama matçını izlədiklərini söyləyib:
"Malta çox yaxşı müdafiə olunur. Azarkeşləri səbirli olmağa çağırıram. Gürcüstan millisi 25 dəqiqə ərzində Maltaya bir zərbə vura bilmədi. Sabah biz də çətinliklə üzləşə bilərik. Bilirik ki, daha çox müdafiədən oynayırlar".
R.Sadıqov onu da qeyd edib ki, rəqib psixoliji cəhətdən daha üstün olacaq:
"Biz yeni məşqçi ilə ilk rəsmi oyunumuza çıxacağıq. Başqa amillər də var ki, həyacanlı ola bilərik".
Turində triller! - Video
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi