“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində sabah Malta ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, qarşılaşma haqda danışan xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Beş gün hazırlıq keçdik. Məşq prosesindən razı qalmışam. Səbirsizliklə oyunu gözlətirik. Məşqadə götərdiklərimi oyunda edə bilsək, qalib gələcəyik. Tam hazırıq. Komandada ab-hava yaxşıdır".
-“Neftçi”dən heç bir oyunçuya dəvət göndərməməyinizin səbəbi nədir?
-Bununla bağlı açıqlama vermişəm. Sabahkı oyuna ən yaxşı formada olanları çağırmışam. “Neftçi”də elə oyunçu yoxdur ki, sabahkı görüşdə bizə kömək etsin.
- Həmişə Ruf Əliyev hücumun sivri ucunda çıxış edirdi. Onun yoxluğunda hücum planınız necədir?
- Raufun zədəsi var idi. Millidə keçirdiyi 4 seçmə mərhələ oyununda qol vurmayıb. Ancaq gələcəkdə onu millidə görə bilərsiniz. Sabah hücumda kimin oynayacağını artıq müəyyənləşdirmişik.
- Azərbaycana gələn gündən bildirmisiniz ki, komandada qələbə ruhunu görmək istəyirsiniz. Buna nə dərəcədə nail olmusunuz?
- Mən komandadan çox razıyam. Çünki tələblərimi məşq prosesində yerinə yetirirlər. İnanıram ki, sabah istədiyim oyunu göstərəcəklər.
- Əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, öz komandasında 70 faiz oynayan futbolçuları milliyə dəvət edəcəm.
- Mən bildirmişdim ki, həmin futbolçular əsas heyətdə olacaqlar. Emil Balayev gənc futbolçudur. Biz tək sabahkı oyunu yox, millinin gələcəyini düşünürük. Hiss edirəm ki, “Neftçi”dən futbolçu çağırmamağım hamıya pis təsir edib. Ancaq “Neftçi”nin bütün oyunlarını izləmişəm. Görürəm ki, bu klubun futbolçuları millidə oynamağa hazır deyillər.
- Rauf Əliyevin qol vurmamağını deyirsiniz. Onda bəs Nurlan Novruzova niyə dəvət göndərmədiniz?
- Nurlanla bağlı suala 4 dəfə cavab vermişəm. O, mənim oyun sistemimə uyğun deyil.
- Nurlan Məhəmməd Qurbanovdan zəif futbolçudur?
- Mən Məhəmmədi Nurlandan potenisallı hesab edirəm.
-Maltanın baş məşqçisi qeyd edib ki, Azərbaycanda həyəcan var. Nə etmək olar ki, sabaha qədər bu həyəcan aradan qaldırılsın?
- Oyundan əvvəl rəqibin kimliyindən asılı olmayaraq həyacan olmalıdır. Ancaq bizdə əhval-ruhiyyə yüksəkdir. Sabah yaxşı nəticə qazanacağımıza ümid edirik.
-Sizin planlarınızı nə poza bilər?
- Məncə, heç nə planlarımızı poza bilməz. Komandama inanıram. Bilirəm ki, stadion dolu olacaq və ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə