Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov Qol.Az-a müsahibəsində yığmamızın “Avro-2016”nın seçmə mərhələsində Malta ilə qarşılaşacağı oyun haqda sualları cavablandırıb.
- Martın 28-də Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi ilk rəsmi matçına çıxacaq. Qarşıdan gələn Malta yığması ilə oyunun hazırlıqları necə gedir?
- Klubumun Almaniya 2-ci liqasındakı oyunu ilə əlaqədar milli komandanın toplanışına burda olan futbolçuların hamısından gec qoşulmuşam. Malta ilə oyunun hazırlıq prosesində iştirak edən hər bir futbolçuda qələbə istəyi hiss olunur. Mən də hələ Azərbaycan millisi ilə qələbə qazanmamışam. Buna görə də əlimdən gələni edəcəm ki, bu oyunda qalib gələk.
- Rəqib haqqında hansı məlumatlara sahibsiniz?
- Dünən qısa olaraq rəqib haqqında baş məşqçi ilə söhbətimiz oldu. Onların son 4 oyunu ilə bağlı müzakirə apardıq. Malta yığmasının bəzi futbolçularını da şəxsən tanıyıram. Amma mənim üçün rəqibin hansı heyətlə gəlməsi və hansı sistemlə oynaması maraqlı deyil. Əsas odur ki, biz öz oyunumuzu oynayaq. Bu vacib oyundur və üç xalı biz qazanmalıyıq.
- Robert Prosineçkidən dəvət gəlməmişdən öncə bu haqda düşünürdünmü?
- Mən Azərbaycan milli komandası üçün heç vaxt əlimdən gələni əsirgəməmişəm. Oynadığım klubda da özümü yaxşı tərəfdən göstərməyə çalışmışam. Prosineçkinin mənə dəvət göndərməsi göstərir ki, Azərbaycanda mənə inanırlar. Mən də öz oyunumla bu inamı doğrultmağa çalışacam.
- Robert Prosineçkinin hücum futboluna üstünlük verdiyini bilirdin?
- Mən Robert Prosineçki haqqında hələ uşaqlıqdan məlumatlara sahibəm. Bilirdim ki, o çox güclü futbolçudur və mənim indi çıxış etdiyim mövqedə hücumameyilli futbol oynayıb.
- Almaniya futboluna bələd olan bir oyunçu kimi necə düşünürsən, Emil Balayev “Aytraxt”da əsas heyətə düşə bilərmi?
- Mən Emil Baleyevlə bir klubda oynamamışam. Bu məsələ ilə bağlı nəsə demək çətin olar. Onunla elə yaxın münasibətim də yoxdur. Sadəcə turnirlərin birində bir-birimizə qarşı oynamışıq. Onların kapitanı Kevin Trappla bir yerdə oynamışıq və bilirəm ki, o çox güclü qapıçıdır. Emil üçün çətin olacaq. Amma onun yaxşı potensialı var və uğur qazana bilər.
Ergün SEYİD
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov