“Bu futbolçular gələcəkdə yığmaya çağırılmayacaq”

“Bu futbolçular gələcəkdə yığmaya çağırılmayacaq”
ÖLKƏ FUTBOLU 25 Mart 2015 / 02:30 6054
-  A +

“Komandadan bu qədər zəif oyun gözləmirdim. Əksər futbolçuların çıxışı məni məyus etdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “futbolxeber.az”a  21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

Yoxlama oyununda AZAL-a 0:3 hesabı ilə uduzduqları görüşü şərh edən Vahabzadə, özünü zəif tərəfdən göstərən futbolçuları gələcəkdə yığmaya dəvət etməyəcəyini bildirib: “Komandaya dəvət etdiyimiz futbolçulara inanırdıq. Amma onlar bu gün oyunları ilə bizi məyus etdilər. Belə davam etsə, gələcəkdə həmin futbolçular yığmaya çağırılmayacaqlar”.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...