“Azərbaycanla oyunu da düşünməliyik” – Maltanın baş məşqçisi

“Azərbaycanla oyunu da düşünməliyik” – Maltanın baş məşqçisi
ÖLKƏ FUTBOLU 25 Mart 2015 / 01:50 4464
-  A +

“Bu, bizim üçün çox vacib oyundur. Futbolçularımızın hansı vəziyyətdə olduğunu müəyyən edəcəyik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Pietro Qedin Gürcüstanla keçiriləcək yoxlama oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.

O, “Avro-2016”nın seçmə mərhələsində martın 28-də millimizlə qarşılaşacaqları oyundan da danışıb: “Bizim öz oyun üslubumuz var. Gürcüstan yığmasına qarşı görüşdə ənənəvi oyunumuzu sərgiləməliyik. Azərbaycanla qarşılaşmanı  da düşünməliyik. Ümid edirəm ki, zədəli olan dörd futbolçumuz bu matça qədər sağalacaq”.

Qeyd edək ki, bu gün Tiflisdə keçiriləcək Gürcüstan – Malta matçı  Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq