Ukrayna futzal yığmasının üzvü Nikolay Beloçerkoveç "Avro-2016"nın seçmə mərhələsinin Bakıda keçirilən oyunları haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Ukrayna mətbuatına danışan futzalçı Azərbaycanla oyunun çətin keçdiyini bildirib:
- Bakıdakı qrup oyununda uğurlu nəticə göstərdiniz. Bunu gözləyirdiniz?
- Azərbaycana gedərkən hər şeyin belə cərəyan edəcəyini düşünmürdük. Ancaq hər şey əla alındı. Azərbaycanla oyunumuz çətin keçdi. Lakin daha çox qol vurmaq lazım idi.
- Aydın məsələ idi ki, Danimarka və Belçika yığmaları bir qədər aşağı səviyyəli komandalar idi. Əsas rəqibiniz Azərbaycan millisi hesab olunurdu...
- Məqsədimiz bütün rəqiblərə qalib gəlmək idi. İlk oyunumuzda Danimarka ilə az qala savaşdıq. Belçika ilə matçımızda bizim üçün qıcıqlandırıcı amil var idi. Çünki son Avropa çempionatında onlarla 0:0 bərabərə qalmışdıq. Lakin bu oyunlar bizim üçün asan keçmədi. Sadəcə, oyunlara çıxdıq və hər şey yaxşı alındı. Azərbaycanla oyunda nəsə düzəlişlər etməyə gərək yox idi. Hər kəs vəziyyəti yaxşı anlayırdı.
- Azərbaycan - Danimarka matçının (11:2) hesabını öyrəndikdə nələr hiss etdiniz?
- Biz oyunun ilk hissəsini izləmişdik. Həmin vaxt hesab 3:0 meydan sahiblərinin xeyrinə idi. Lakin matçın 11:2 hesabı ilə başa çatmasını eşitdikdə inanmadıq. Bununla belə, biz top fərqinə əhəmiyyət vermədik. Tək hədəfimiz üç oyunda da qələbə qazanmaq idi. Yalnız bundan sonra biz final mərhələsinə vəsiqəni təmin edəcəkdik.
- Azərbaycana nəyin hesabına qalib gəldiniz?
- Məncə, fiziki cəhətdən bu oyuna yaxşı hazırlaşmışdıq. Bəli, oyun asan keçmədi. Azərbaycanla oyunda çox güc sərf etdik. Bu oyun digər iki görüşdən daha ağır oldu.
- Belə turnirlərdə hakimlik hər zaman mühakimə olunur. Bu mənada oyunlar necə keçdi?
- Düşünürəm ki, hakimliklə bağlı heç bir etiraz olmadı. Hər şey əla idi. Hakimlər oynamağa, mübarizə aparmağa imkan verdilər. Hətta hakimlərin meydan sahiblərinə rəğbətini də hiss etmədim.
- Azərbaycanla oyunun final fitindən sonra hansı hisslər var idi?
- Bilmirəm... Sadəcə, sevinc hissləri və yaxşı görülən iş var idi. Artıq yığmamız Serbiyada keçiriləcək Avropa çempionatının final mərhələsində oynayacaq.
- Bakıdakı oyunlarda sizi ukraynalı azarkeşlər dəstəkləyirdi?
- Bəli. Onlar bayraqlar və atributlarla bizə böyük dəstək olurdular. Azarkeşlərimiz Azərbaycanla oyuna gəlmişdilər və yalnız onların səsini eşidirdik. Azərbaycanlı azarkeşlər isə komandalarının ilk qoluna qədər sakit oturmuşdular.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi