Milli komandamızın məşqçisi Elxan Abdullayevin müsahibəsi
- Robert Prosineçki Malta ilə oyun üçün milli komandamızın heyətini açıqladı. Heyəti necə dəyərləndirərdiz?
- Bu gün kimləri milliyə çağırmışıqsa, həmin futbolçuları ən güclü hesab edirik. Təbii ki, bu, bizim fikrimizcə belədir. Milliyə hazırda ən layiqli məhz onlardır. Yığmaya dəvət alan hər bir futbolçudan yaxşı oyun gözləyirik.
- Dəvət etmək istədiyiniz, amma müəyyən səbəbdən millidən kənarda qalan futbolçu oldu?
- Siyahımız əvvəlcə daha da geniş idi. Biz hər futbolçudan nəsə gözləyirik. Təəssüflər olsun ki, bəzi futbolçular ümidləri doğrultmadılar. Son zamanlar heç də yaxşı oynamırlar. Buna görə də millidən kənarda qaldılar. Amma bu o demək deyil ki, həmin futbolçular üçün millinin qapıları bağlandı. Yox, bu gün milliyə dəvət almayanlar gələcəkdə üzərlərində işləməklə yenidən yığmaya çağırıla bilərlər.
- “Neftçi”dən milliyə bir futbolçunun belə dəvət almaması gözlənilməz oldu. Bunun səbəbi nədir?
- Prosineçki ilk gündən “Neftçi”nin əksər oyunlarına tamaşa edib. Komanda üzvləri haqda dolğun məlumata sahib idi. Siz yəqin Rauf Əliyev və Araz Abdullayevin millidən kənarda qalmasını gözlənilməz hesab edirsiz.
- Söhbət konkret futbolçulardan getmir. Adətən, millidə “Neftçi”nin ən azı 2-3 futbolçusu olub. Bu dəfə heç bir oyunçunun dəvət almaması sürprizdir.
- Bu, qəsdən alınmayıb. Hər şey futbolçuların özlərindən asılıdır. Biz onların yerinə futbol oynamayacağıq ki. Baş məşqçi seçimini edib. O, “Neftçi”nin futbolçularından çox şey gözləyirdi. Baxır, amma istədiyini ala bilmir.
- Prosineçki bir müddət əvvəl Futbolxeber.az saytına müsahibəsində bildirmişdi ki, klubunda daim oynamayanlar yığmağa çağırılmayacaqlar. Lakin bu gün heyətdə klubunda ehtiyatda qalan futbolçular da var...
- Bu sualı yaxşı olar ki, Prosineçkinin özünə verəsiz. Mənim fikrimi soruşursuzsa, sual yaranır - futbolçu hansı səbəbdən oynamır? Xeyli nümunə göstərmək olar. Əvvəl elə olub ki, Zeynal Zeynalov heç futbol oynamırdı. Çimərlik futbolunda çıxış edirdi. Amma gəlib, əsas millinin heyətində qol vururdu. Təbii ki, hər bir futbolçunun klubunda oynamasını çox istəyirik.
- Malta ilə oyundan nə gözləyirsiz?
- Ancaq qələbə.
- Deməli, razısız ki, Malta ilə görüşdə qələbədən başqa istənilən nəticə yığmamız üçün fiasko hesab olunacaq.
- Əlbəttə. Həmin görüşdə sadəcə 3 xal qazanmaq lazımdı.
- Maltanın Gürcüstana qarşı keçirəcəyi yoxlama oyununu canlı olaraq stadiondan izləyəcəksiz. Buna kimi rəqib haqda hansı məlumatları əldə etmisiz?
- Malta haqda bütün məlumatlar bizdə var. Bir var diskdə baxmaq, bir də var canlı. Artıq onların da heyətləri açıqlanıb. Bilirik ki, bizə qarşı kimlər oynaya bilər. Lakin hansısa sürprizin olması da mümkündür. Maltanın bizimlə oyundan öncə yoxlama matçı keçirməsi onlar üçün müsbət məqamdı. Həm də Gürcüstan bizdən qat-qat güclü komanda deyil. Elə onlar da bizim səviyyədədirlər. Oyuna canlı baxacağam. Həmin qarşılaşma çox şey göstərəcək.
Mənbə: Futbolxeber.az
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer