Tərlan Əhmədov razı qaldı

Tərlan Əhmədov razı qaldı
GÜNDƏM 18 Mart 2015 / 18:38 1943
-  A +

"Açığı, bu gün komandadan tələbim 3 xal idi. Vacib 3 xal qazandıq. Öz oyunumuzu bir kənara qoyub, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 26-cı turunda "Xəzər Lənkəran"a qalib gəldikləri oyundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov komandasının oyunundan razı qaldığını bildirib: "Öz komandamın oyunundan razıyam. Xüsusən də hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq".

Daha çox


Son xəbərlər