"Yer aldığımız qrup güclüdür. Qrupda yer alan komandaların hər biri qalib olmaq istəyir. O cümlədən də biz. Avropa çempionatına birbaşa vəqisə qazanmaq üçün qrupda birinci yeri tutmaq lazımdır. Serbiya ilə oyunda da yaxşı oynasaq da, qələbə qazana bilmədik. Çalışmalıyıq ki, növbəti oyunlarda da belə oynayaq ki, qrup qalibi olaq".
Qol.Az-ın "Futbolxeber.az"a istinadən verdiyi məlumata görə, bu sözləri Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Filipe Ramos deyib.
Bakıda 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun ilk turunda bu gün Portuqaliya yığması Serbiya ilə qolsuz heç-heçə oynayıb. Portuqaliyalı mütəxəssis ikinci turda üz-üzə gələcəkləri milli komandamız haqda da fikirlərini bölüşüb:
"Azərbaycan millisi evdə oynayır. Bu, onlar üçün böyük üstünlükdür. Azərbaycan yığmasının elit-raunda çətinliklə düşməsindən xəbərdaram. Onu da bilirəm ki, gələn il 17 yaşlılar arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq