Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində Malta ilə oyunöncəsi müsahibə verib.
Qol.Az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, o, bu matçla yanaşı, başqa bir neçə sualı da cavablandırıb.
- "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağınız Malta ilə oyunöncəsi sizi narahat edən çox məqam var?
- Az deyil. Milli komandanın futbolçularının öz klublarında oynamamaları mənə başağrısıdır. Lakin Türkiyədə 6 gün təlim-məşq toplanışında olduq və gördüklərim məni razı saldı.
- Sələfiniz Berti Foqts hər oyunöncəsi xeyli problemi qabardırdı. Görünür, siz hələ Azərbaycan futbolu ilə yaxından tanış deyilsiniz.
- Problemlər var. Ancaq mən əsas şikayətləndiyim məqamları qeyd etdim. Əsas heyətdə öz klublarında daim oynayan futbolçular meydana çıxacaq. Futbolçularımı tanıyıram. Bu baxımdan məndə həyəcan yoxdur.
- Malta ilə oyun üçün heyəti artıq müəyənləşdirmisiniz?
- Bəli. Martın 18-də Premyer Liqanın növbəti turunun oyunları keçiriləcək. Növbəti gün yığmaya dəvət edəcəyim futbolçuların adları açıqlanacaq. Premyer Liqanın son turunun seçimimdə hər hansı bir dəyişikliyə səbəb olacağını düşünmürəm.
- Kamran Ağayevin "Kayserispor"un heyətində oynaması və qol buraxmaması yığmanın qapısını ona həvalə edəcəyinizə zəmanət verirmi?
- Bu, Kamrana əsas heyətdə oynayacağına zəmanət vermir. Onu Malta ilə oyuna dəvət edəcəm. Qapıda kimin duracağını görəcəyik.
- Kamranın "Kayserispor"da çıxışından razısınız?
- O, geridə qalan 24 turdan cəmi üç oyunda iştirak edib.
- Amma Kamran Türkiyə klubuna yenicə keçib...
- O, "Qəbələ"də uzun müddət ehtiyatda qaldı. "Kayserispor"a da keçən kimi dərhal oynamadı. Kamran təcrübəli qapıçıdır və daha öncə millinin bir nömrəsi idi. Ancaq indi "İnter"in əsas heyətində daim oynayan qapıçı Səlahət Ağayev də var. Ona görə də, hələ Malta ilə oyunda qapını kimin qoruyacağına qərar verəcəyik.
- Malta ilə oyunda hər kəs yığmamızdan qələbə gözləyir. Hesab edirlər ki, əgər qrupda Maltanı məğlub edə bilməsək, bəs kimə qalib gələcəyik? Bu fikirlə razısınız?
- Mən də azərbaycanlılar kimi düşünürəm: Maltanı məğlub etməliyik. Ancaq hamı başa düşməlidir ki, bizim üçün asan gəzinti olmayacaq. Rəqib də futbol oynamağı və müdafiə olunmağı bacarır. Təbii ki, biz qələbə qazanmaq istəyirik. Bakıda üç xal qazanmağa çalışacağıq.
"Real" ona qiymət qoydu
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu
Kapitan "Zirə"də qalacaq? - "Danışığımız olub"
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov 2-ci liqaya göndərildi
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
"Atletik"də Valverdeni kim əvəz edəcək?
Bu klub Bernardo Silva ilə danışıq aparır
Qasperini ilə yola getməyən Ranyeri "Roma"dan ayrılır
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı - Video
Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur
Sabahkı oyunlar FİFA referilərinə tapşırıldı
Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
“Beşiktaş” və “Trabzonspor” yarımfinalda
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər