Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la cavab görüşündən (1:4) sonra "Bakı"nın yeganə qolunun müəllifi Mahir Mədətov Qol.Az-ın suallarını cavablandırıb.
- "Qarabağ"la oyunda ilk qolu siz vursanız da, sonda böyükhesablı məğlubiyyətlə üzləşdiniz...
- Rəqibin kimliyindən asılı olmayaraq hər zaman son dəqiqəyə kimi mübarizə aparırıq. İlk oyunun nəticəsinə görə işimiz çətin olsa da, bu oyunda özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. Fikrimcə bunu bacardıq. Birinci hissədə yaxşı oynadıq. Lakin 2-ci hissədə təcrübəsizliyin qurbanı olduq. Biz gənc komandayıq. Təcrübəli futbolçularımız azdır. Demək olar ki, Pelagias Georgiosdan başqa bütün oyunçular gəncdir və buna görə də təcrübəsizlik öz sözünü deyir. Sevinirəm ki, bu oyunda qol vurdum. Bununla komandama kömək edə bilməsəm də, ölkənin ən güclü klubuna qol vurmaq özüməinam hissini bir qədər artırır.
- Oyunun sonlarında zədələnərək meydanı tərk etdin...
- Ciddi bir şey yoxdur. Sadəcə millinin toplanışına yollanacağım üçün tez əvəzləndim.
- “Qarabağ”ın qapısına qol vursan da, əvəzlənən zaman rəqib komandanın azarkeşləri tərəfindən alqışla qarşılandın. Bu, onların səni komandalarında görmək istəyi kimi qələmə verilə bilər?
- Mən bütün klubların azarkeşlərinə hörmətlə yanaşıram. “Qarabağ”ın fanatlarına da simpatiyam var. Sosial şəbəkələrdə daim onlar tərəfindən dəstəyi hiss edirəm. Oyunlarda da onların dəstəyi təbii ki, məni sevindirir. Amma sualınıza onların özləri cavab versələr, daha yaxşı olar.
- “Qarabağ”la oyundan sonra dayının Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla səmimi söhbəti diqqət çəkdi. Sən də onların arasında idin. Nə barədə danışırdılar?
- Mən kiçik yaşlarımdan Qurban Qurbanovun fanatı olmuşam. O, anamla orta məktəbdə bir sinifdə təhsil alıb. Bu kimi hallar məni ona yaxın edir. Dayımla da tanışdırlar və çoxdan idi ki, görüşmürdülər. Mən də oyundan sonra onların görüşməsi üçün şərait yaratdım.
- Son vaxtlar adın Almaniyanın “Ayntraxt” klubu ilə hallanır. Bu barədə nə deyərdin?
- Səhv etmirəmsə “Ayntraxt” və "FSV Frankfurt” klubları U-19 yığmamızın baş məşqçisi Nikolay Adamsdan Azərbaycanda gənc yarımmüdafiəçi haqqında maraqlanıblar. O, da onlara məni təklif edib. Amma indidən bu barədə danışmaq istəmirəm. Baş tutan məsələ haqda danışsam, daha yaxşı olar. Hələlik rəsmi heç nə yoxdur.
- Premyer Liqanın növbəti turunda “Simurq”la qarşılaşacaqsınız...
- Mən millinin toplanışı ilə əlaqədar komandama kömək edə bilməsəm də, ürəyim onların yanında olacaq. İnanıram ki, bu oyundan maksimum nəticə ilə ayrılacağıq.
- “Bakı” klubunun mövsümün sonunda Premyer Liqanı tərk etmək ehtimalı çoxdur. Əgər bu baş versə, komandadan ayrılacaqsan?
- İnanıram ki, belə bir şey olmayacaq. Əgər “Bakı” birinci diviziona düşərsə, mən ayrılmazdan öncə klub prezidenti Hafiz Məmmədov özü mənim getməyinə şərait yaradar. Çünki, bilir ki, hər hansı bir klub Premyer Liqadan gedirsə, sonradan həmin klubun elitaya qayıtması çətin olur. Bu mənada düşünürəm ki, Hafiz Məmmədov mənə heç vaxt pislik etməz.
- Əsas hədəfin Avropaya getməkdir, yoxsa, iddialı yerli klublardan təklif gələrsə, dəyərləndirəcəksən?
- İlk öncə klubumun vəziyyətinin düzəlməsini gözləyirəm. Ondan sonra yəqin ki, Avropaya getmək haqqında fikirləşmək olar. Əlbəttə, “Qarabağ”, “Neftçi”, ”İnter” kimi yüksək yerlər uğrunda mübarizə aparan yerli klublardan da təklif gəlsə, dəyərləndirərəm. Belə klublarda kim oynamaq istəməz ki?
- Aşağı yaş qruplarında millinin formasını geyinmisən. Nə vaxtsa əsas millinin şərəfini qoruyacağını düşünürsən?
- Hər gənc futbolçu kimi mənim də əsas millidə oynamaq ən böyük arzumdur. Oranın ab-havasını hiss etmək istəyərdim. Deyə bilmərəm ki, hazırda milliyə layiqəm. Amma nə vaxtsa orada oynacağıma inanıram. Yəqin ki, yaxın vaxtlarda mənə də dəvət göndərəcəklər.
Ergün SEYİD
Mbappe zədələndi
"Real" ona qiymət qoydu
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu
Kapitan "Zirə"də qalacaq? - "Danışığımız olub"
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov 2-ci liqaya göndərildi
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
"Atletik"də Valverdeni kim əvəz edəcək?
Bu klub Bernardo Silva ilə danışıq aparır
Qasperini ilə yola getməyən Ranyeri "Roma"dan ayrılır
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı - Video
Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur
Sabahkı oyunlar FİFA referilərinə tapşırıldı
Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
“Beşiktaş” və “Trabzonspor” yarımfinalda
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi