“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə ölkə kubokunun 1/4 finalının AZAL-la keçirilən cavab görüşündən sonra müsahibə verib.
- “Neftçi” ölkə kubokunun yarımfinalına vəsiqə qazandı. AZAL-a 1:0 hesabı ilə qalib gəldiyiniz oyun barədə nə deyə bilərsən?
- Birinci oyunda qolsuz heç heçə qeydə alınmışdı. Buna baxmayaraq, hamımız bir nəfər kimi səfərdən başıuca qayıdacağımıza inanırdıq. AZAL yaxşı komandadır, onlara hörmətlə yanaşırıq. Bununla belə, məqsədimiz yalnız yarımfinala yüksəlmək idi. Oyuna gəldikdə, çox yaxşı çıxış etdik. Qol epizodlarımız da çox oldu. Amma onlardan cəmi birindən istifadə etdik.
- Yarımfinalda “Neftçi”nin rəqibi “İnter”dir. Cari mövsüm çempionatda bu komandaya qarşı keçirdiyiniz üç oyundan ikisində uduzmusunuz və bir dəfə heç-heçə qeydə alınıb. Səncə, kubokda “İnter”i mübarizədən kənarlaşdırmağınız nə dərəcədə realdır?
- Qarşıdakı oyunlara ciddi hazırlaşacağıq. Cari mövsümdə çempionluğumuz çətin görünür. Real baxsaq, yeganə ümidimiz kubokdu. Mövsümü xilas etmək üçün kuboku qazanmalıyıq.
- AZAL-la oyunda bir epizodda topla irəli gedərkən, Arif Əsədov sənə etirazını bildirdi və sən də bunu cavabsız qoymadın...
- Arif Əsədov baş məşqçidir və təbii ki, bizdən çox bilir. Mən onun iradına etiraz bildirmədim. Sadəcə, irəli getməyimin səbəbini izah etmək istədim. Oyunda istər-istərməz adam özündə olmur. Bir qədər çılğınlıq yaranır. Amma yenə deyirəm ki, baş məşqçiyə qarşı etiraz etməmişəm.
- AZAL-ın futbolçularının iddiasına görə top sənin əlinə dəymişdi və bu epizoda görə hakim “Neftçi”nin qapısına penalti təyin etməliydi. Həmin epizodu necə şərh edə bilərsən?
- Vallah, həmin epizodda top əlimə dəymədi. AZAL-ın etirazı haqlı deyil. Əgər, top qarnıma yox, əlimə dəysəydi, özüm hakimə deyərdim ki qapımıza penalti təyin etsin. Lakin referi düzgün qərar qəbul etdi. Orada penalti yox idi.
- AZAL-ın üzvləri Erik Ramosun sarı vərəqə aldıqdan sonra hakimi söydüyünü iddia edirlər və bildirirlər ki, paraqvaylı buna görə meydandan qovulmalıdır. Qarşı tərəfin iddiasını nə dərəcədə düzgün hesab edirsən?
- Həmin epizodu heç xatırlamram. Bilmədiyim şey barədə danışmağım düzgün olmaz.
- Daha öncə verdiyin müsahibədə “Neftçi”də maddi problemlər olduğu barədə sualdan yayınmışdın. Bəlkə bu dəfə cavab versən...
- Artıq maddi baxımdan komandada hər şey qaydasındadır. Bütün probemlərimiz həll olunub.
Mənbə: Futbolxeber.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır