AZAL-ın kapitanı Rəşad Abdullayev ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi”yə qarşı baş tutan matçdan (0:1) sonra müsahibə verib
- AZAL “Neftçi”yə uduzaraq ölkə kubokunda mübarizəni başa vurdu. Məğlubiyyəti necə şərh edə bilərsən?
- Qış fasiləsindən sonra bu, “Neftçi”yə qarşı evdə keçirdiyimiz üçüncü oyun idi. Əvvəlki 2 oyundan birində qələbə qazanmışdıq, digərində isə uduzmuşduq. Lakin bu dəfə əvvəlki oyunlardan fərqli olaraq zəif çıxış etdik. Oyun istədiyimiz kimi alınmadı. Halbuki görüşə yaxşı hazırlaşmışdıq. Komandada bir qədər həyəcan var idi.
- İlk yarıdan fərqli olaraq, ikinci 45 dəqiqədə AZAL üstün tərəf idi. Birinci hissədəki zəif oyunun səbəbini nədə görürsən?
- Birinci hissədə komanda sanki “yatmışdı”. İkinci hissədə nisbətən yaxşı oynadıq. Qol vurmaq üçün şanslarımız da oldu. Lakin onlardan istifadə edə bilmədik. İkinci hissədə “Neftçi” əsasən bizi əks-hücumda yaxalamağa çalışırdı.
- “Neftçi”nin üzvü Erik Ramosun sarı vərəqə aldığı epizodda komanda yoldaşların paraqvaylının meydandan qovulmasını istəyirdilər. Bu ondan irəli gəlirdi ki, əvvəlki turda buna bənzər epizodda hakim sənə qırmızı vərəqə göstərmişdi...
- Mən heç vaxt hakimləri təhqir etməmişəm. Amma mənə hakim “Bakı” ilə oyunda qırmızı vərəqə göstərdi və 3 oyunluq cəza aldım. Bugünkü epizod da onun təkrarı idi. Belə çıxır ki, hər hakim bir cür qərar qəbul edir?! Başa düşmürəm. Uzaqda olsam da, mənə də elə gəldi ki, Ramos sarı vərəqə aldıqdan sonra hakimi təhqir etdi.
- Səncə, hakimlərin eyni epizodda fərqli qərar qəbul etmələri nədən irəli gəlir?
- Hər hakimin öz baxışı var. Bəlkə də hakim oyunu korlamaq istəmədi.
- Məqsəd İsayevlə toqquşmadan sonra yerdə qaldın. Həqiqətənmi həmin epizodda “Neftçi”nin müdafiəçisi sənə qarşı kobudluq etmişdi?
- Mən cərimə meydançasına daxil olanda Məqsəd məni yıxdı. Həmin epizodda penalti var idi. Mən heç vaxt özümü yalandan yerə atmaram.
- Ondan əvvəl Elvin Yunuszadənin epizodunda da hakimdən penalti tələb edirdiz. Halbuki epizodun təkrarına baxdıqda topun “Neftçi”nin müdafiəçisinin əlinə yox, qarnına dəydiyi aşkar görünürdü.
- Mən Elvinə yaxınlaşdım. Dedi ki, top əlinə yox, qarnına dəyib.
- AZAL üçün artıq kubok macərası bitdi. İndi komandanın hədəfi nədir?
- Avroliqaya yollanmaq üçün hazırda yeganə şansımız ölkə çempionatında dördüncü yeri tutmaqdır. Kubokda yaxşı şansımız var idi. “Neftçi”ni keçsəydik, “İnter”ə qarşı da yarımfinalda müqavimət göstərə bilərdik. Lakin alınmadı. İndi çempionatda uğur qazanmaq üçün bütün gücümüzü sərf etməliyik.
- Hələ də Avroliqaya yollanacağınıza ümidiniz qalıb?
- Əlbəttə, ümid qalıb. Fasilədən sonra yaxşı oynayırıq. Komandanın oyununda irəliləyiş var. Qış fasiləsindən sonra ən zəif oyunumuz elə bu görüş idi.
Mənbə: Futbolxeber.az
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
"Fənərbaxça" "Liverpul"a qarşı - ÇL-də daha 9 oyun
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi