“İndi kuboku unutmalıyıq” – Qurban Qurbanov

“İndi kuboku unutmalıyıq” – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 13 Mart 2015 / 18:04 4370
-  A +

“Çox qol izlədik. “Bakı” sona qədər mübarizə aparacağını demişdi. Biz ilk hissədə bunu hiss etdik. Qapımızda gözlənilməz qol gördük”.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov kubokun 1/4 finalının cavab görüşündə "Bakı"ya  qalib gələrək yarımfinala yüksəldikləri   oyundan (4:1) sonra deyib.

Rəqib haqda da xoş sözlər söyləyən mütəxəssis   artıq çempionat oyunlarını düşünməli olduqlarını bildirib: “Bakı” istəkli komandadır. Sadəcə, düşünürəm ki, bəzi oyunçuların usatlıq səviyyəsi yetərincə deyil. Mərhələnin hər iki oyununda qalib gəldik. İndi kuboku unudub, “Sumqayıt”la çempionat oyununa ciddi hazırlaşmalıyıq. Öz növbəmdə “Bakı”nın gənc heyətinə uğurlar arzu edirəm”.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...