"Hakimi söyən oyunçu da cəzalandırılmalıdır"

"Hakimi söyən oyunçu da cəzalandırılmalıdır"
ÖLKƏ FUTBOLU 13 Mart 2015 / 17:35 3014
-  A +

"İlk oyunda qol buraxmamışdıq. Hiss edirdim ki, cavab oyunu bizim üçün ağır keçəcək. İlk hissədə oyunçularımda həyəcan vardı. Mən fasilədə futbolçulardan xahiş etdim ki, meydançaya çıxıb gözəl oyun sərgiləsinlər".
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov kubokun 1/4 finalının cavab görüşündə "Neftçi"yə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib:

Təcrübəli mütəxəssis Viktor İqbekoyinin olmamasının komandasının oyununa təsir etdiyini bildirib: "Cinahlardan oyun qurmağa çalışdıq. Amma Viktor İqbekoyinin olmaması hücumların sürətli qurulmasına mane oldu. Mən indiyə kimi hakimlik barədə danışmamışam. Əgər bir futbolçu digərini söyüb 3 oyun cəza alırsa, hakimi söyən oyunçu da cəzalandırılmalıdır. Belə hallar futbolun gözəlliyinə xələl gətirir”.

Qeyd edək ki, öz meydanında "Neftçi"yə 0:1 hesabı ilə uduzan AZAL kubokda mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...