"Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la ilk oyunundan (0:0) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- Matçın yekun nəticəsini nəzərə alsaq, AZAL-ın sizə çətin anlar yaşatdığını deyə bilərik?
- AZAL bizə qarşı çox yaxşı mübarizə apardı. Rəqib çox qapalı oynadığı üçün qol vura bilmədik. Eyni zamanda qol da buraxmadıq. Kubok oyunları iki matçdan ibarət olsa da, istəyirdik ki, turun taleyini ikinci oyuna saxlamayaq. Amma alınmadı. Artıq hər şey geridə qaldı. “İnter”lə Premyer Liqada qarşılaşacağımız matçdan sonra bu oyuna yaxşı hazırlaşacağıq. Əsas məqsədimiz cavab qarşılaşmasında qalib gəlib, növbəti tura vəsiqə qazanmaqdır.
- Səncə, niyə bu matçda AZAL-ın müqavimətini qıra bilmədiniz? Oyununuz alınmırdı, yoxsa rəqib təslim olmadı?
- AZAL ancaq müdafiə futbolu oynadı. Onlar bu matça elə bunun üçün gəlmişdilər. Bizim elə də böyük səhvlərimiz olmadı. Amma özümüzü çətinə saldıq. Çünki hər şeyi cavab oyununa saxladıq. İnanıram ki, səfərdə qələbə bizim olacaq.
- Növbəti mərhələyə keçəcəyinizə bu qədər əminsən?
- AZAL-la son iki ayda üç dəfə qarşılaşmışıq. Ola bilsin ki, çətinliklər də elə buna görə yaranır. Çünki rəqib artıq bizim oyun stilimizi öyrənib. Cavab qarşılaşmasına bizdə tam əminlik var. İnanıram ki, heç bir problem olmayacaq.
- Bəzi əsas heyət oyunçularının meydana sonradan daxil olması sizə çətinlik yaratmadı?
- Bu dəyişiklik məşqçinin qərarıdır. Biz də bu qərara hörmətlə yanaşırıq. Kimin oynamağının fərqi yoxdur. Əsas odur ki, məğlub olmadıq və növbəti mərhələ şansımızı saxladıq.
- Çempionluq şansınız çoxdur, yoxsa kuboku qazanmaq?
- Bizim üçün çempionatda hər şeyin bitdiyini demək olmaz. Şansımız az olsa da, demək olmaz ki, lider “Qarabağ” qarşıdan gələn bütün oyunlarda qalib gələcək. Ona görə də nəyisə indidən demək tezdir. Yenə də düşünürəm ki, kubokda işimiz daha asandır. Ona görə də kubok oyunlarına ciddi hazırlaşmaq lazımdır.
- Demək istəyirsən ki, çempionluqdan az da olsa, əlinizi üzmüsünüz?
- “Qarabağ”ın öz meydanında “Qəbələ”yə məğlub olması çempionluq yolunda bizim şansımızı bir qədər artırdı. Onların xal itirməsi yaxşı oldu. Çünki fərq azaldıqca ilk pillələr uğrunda mübarizə aparan komandaların da həvəsləri qalır. “Qarabağ” turnir cədvəlində böyük xal fərqi ilə irəli olan vaxtlarda çempionat maraqsız idi. Amma ilk üçlükdə qərarlaşan komandalar arasında xal fərqi azaldığı üçün çempionatda maraqlı mübarizə yarandı. Komandalar çalışacaqlar ki, “Qarabağ”ın qarşısını alsınlar.
- Növbəti turlarda “Qarabağ”ın xal itirməsini arzulayırsınız?
- Biz qarşıdan gələn bütün oyunlara yaxşı hazırlaşıb xal toplamalıyıq və sonda “Qarabağ”ın xal itirməsini gözləməliyik.
- Çoxdandır klub prezidenti Sadıq Sadıqovu oyunlarınızda görmürük...
- Sadıq Sadıqov hər məşq zamanı bazada bizi izləməyə gəlir. Sadəcə AZAL-la oyun canlı yayımlandığından yəqin ki, televiziya vasitəsi ilə bizi izləyib.
Ergün SEYİD
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?
Azərbaycan güləşçisi üçün "qızıl" şansı
“Real” qələbəni belə əldən verdi - Video
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
“Napoli”dən darmadağın - Video
“Real” sonda qələbəni əldən verdi
“Başakşehir”dən 4 qollu qələbə - Video
Mahirin yoxluğunda “Kayzerslautern” uduzdu
“Məqsədim qızıl medal qazanmaq idi” - Jalə Əliyeva
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı