"Qurban Qurbanov ədalətlidir, mənə də şans verəcək"

"Qurban Qurbanov ədalətlidir, mənə də şans verəcək"
ÖLKƏ FUTBOLU 5 Mart 2015 / 00:01 7852
-  A +

 “Qarabağ”ın hücumçusu Danilo Dias “Bakı” ilə kubok oyunundan (3:0) sonra Qol.Az saytının suallarını cavablandırıb.

- Yəqin ki, “Bakı”ya böyük hesabla qalib gəlməyiniz gözlənilməz olmadı...

- Oyuna yaxşı başladıq. İlk hissədə üç qol vurduq. Rəqibə  şans vermədik. Komandamız birinci hissədə nəticəni demək olar ki, əldə etmişdi. Oyuna sonradan daxil oldum. İstəyirdim mən də qol vurum, amma daha vacib olan qalib gəlməyimizdir.

-  Son üç həftəni əvəzedici heyətdə keçirirsən. Artıq əsas heyətdə oynamağa özünü tam hazır hiss edirsən?

- Mən hər gün öz üzərimdə çalışıram. Ümid edirəm ki, baş məşqçimiz mənə şans verəcək. Həmin şansı dəyərləndirməyə çalışacam.

- Yayda komandadan gedəcəyin haqda söz-söhbətlər gəzir...

- “Qarabağ”la müqaviləm var. Müqaviləmin sonuna kimi komandada qalmaq istəyirəm. Bu kimi şeyləri hələ ki, düşünmürəm.

- Yeni transfer Dani Quintana sənin əsas heyətdə möhkəmlənməyinə çətinlik yaratmayacaq ki?

- O da mənim kimi komandaya kömək etmək üçün gəlib. Quintananın  “Qarabağ”da olmağı mənim üçün əlavə motivasiyadır. Baş məşqçimizn seçiminə hörmətlə yanaşıram. Mən bu kimi məsələlərə fikir vermirəm. Sadəcə olaraq məşq etmək istəyirəm.

- Uzun müddət yaşıl meydanlardan uzaq qaldın. Əvvəlki formanı bərpa etmək üçün nə qədər vaxt lazımdır?

- Əvəzedici heyətdə bir neçə oyuna çıxdım. Bu, mənə kömək oldu. Artıq mən də məşqlərə daha inamla çıxıram. Bu şəkildə məşq edərək öz formamı bərpa etməyə çalışıram. Baş məşqçimiz ədalətli insandır. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər